HETI-də "Arıçılıqda süni mayalanma" mövzusunda təlim keçirilib

HETI-də "Arıçılıqda süni mayalanma" mövzusunda təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin təlim planına uyğun olaraq 28.09.2023-cü il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Arıçılıq" Mərkəzinin direktoru Samir Mahmudov tərəfindən "Arıçılıqda süni mayalanma" mövzusunda təlim keçirilib. Təlimdə DAİM-lərin heyvandarlıq sektorlarının əməkdaşları iştirak edib.
Təlim zamanı geniş məzmunlu təqdimat nümayiş etdirilib. "Arıçılıq" Mərkəzi və orada görülən işlər, arıçılıqda süni mayalanmanın əhəmiyyəti, damazlıq erkək arı və ana arının seçilməsi, larva transferi və s. mövzular barədə ətralı məlumat verilib.
Sonda təlim iştirakçılarını maraqlandıran məqamlara aydınlıq gətirilib, onların sualları cavablandırılıb.


HETI-də "Arıçılıqda süni mayalanma" mövzusunda təlim keçirilibHETI-də "Arıçılıqda süni mayalanma" mövzusunda təlim keçirilib