Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda seleksiya-damazlıq işlərindən geniş istifadə etməklə yeni heyvan tiplərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri davam etdirilir

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda seleksiya-damazlıq işlərindən geniş istifadə etməklə  yeni heyvan tiplərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri davam etdirilir

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda seleksiya-damazlıq işlərindən geniş istifadə etməklə yeni heyvan tiplərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri davam etdirilir. Seleksiya-damazlıq işinin düzgün aparılması nəticəsində Yardımçı Təcrübə Təsərrüfatında yetişdirilən Holşteyn-Friz, Simmental və Şvis cinslərindən istifadə edərək çarpazlaşdırma işi aparılmış, nəticəsində mələz buzovlar alınmışdır.
Alınan dişi buzovun atası Şvis, anası isə Holşteyn-Friz cinsidir. Doğulduqda canlı kütləsi 53,5 kq olmuşdur (Şəkil 1).
Alınan dişi buzovun atası Holşteyn-Friz, anası isə Simmental cinsidir. Doğulduqda canlı kütləsi 42,9 kq olmuşdur (Şəkil 2).
Məqsəd faydalı əlamətlərə malik yeni heyvan tipinin yaradılmasıdır.
Seleksiya-damazlıq işi heyvanların məhsuldarlığını artırmağa, onların irsi xassələrini yaxşılaşdırmağa doğru yönəlmiş təşkilati-zootexniki tədbirlər sistemidir. Damazlıq işinin nəzəri əsaslarının əsas genetik göstəriciləri aşağıdakılardır:
1.İrsilik əmsalı;
2.Təkrarlanma;
3.Əlamətlərin korrelyasiyası;
4.Reqresiya;
5.Fertillik əmsalı;
6.Prepotentlik-törədicilərin öz irsi əlamətlərinin yüksək sabitliklə nəslə keçirilməsi;
7.Genetik oxşarlığın və homoziqotluğun artması əmsalları;
8.Seleksiya (seçmə) differensialı, seleksiyanın səmərəliliyi və s. Bu zaman, əlamətlərin irsən keçməsi, irsi keçmə əmsalı (h2) qan dərəcəsindən aslı olaraq dəyişir.
Mələzlərdə valideynlərin “qan payı” aşağıdakı kimi bölüşdürülür;
F1-də ½ və ya 50% A cinsin, 50% B cinsin qanı,
F2-də ¾ və ya 75% A cinsin, 25% B cinsin qanı,
F3-də 7/8 və ya 87,5% A cinsin, 12,5% B cinsin qanı,
F4-də 15/16 və ya 93,75% A cinsin, 6,25% B cinsin qanı,
F5-də 31/32 və ya 96,875% A cinsin, 3,125% B cinsin qanı olur.
Mələzləşmə zamanı alınan nəsil valideyn formalarından öz göstəricilərinə görə fərqlənir, xüsusilə, yüksək böyümə, məhsuldarlıq, törəmə qabiliyyətinə və s. malik olurlar. Mələzləşmədən istifadə edərək arzu olunan heyvan tiplərini də yaratmaq mümkündür. Belə ki, mələzləşmənin müxtəlif etaplarında çevrici çarpazlaşdırma üsulundan istifadə etməklə hər hansı bir əlaməti dəyişdirmək olar. Bu üsulun tətbiqi ilə cəmi bir neçə nəsildən sonra az məhsuldar cins bioloji və zooteniki baxımdan tamamilə yeni əlamətləri özündə cəmləşdirən heyvana çevrilir.
Mələzləşmədən istifadə edərək yeni cinslərin yaradılması zamanı qanqatma çarpazlaşdırılması üsulundan istifadə edərək bəzən, heyvanların dözümlülüyünü artırmaq olar. Dünyada mövcud olan ətlik iribuynuzlu heyvan cinslərinin yaradılması zamanı 3-cü nəsildə zebu qanından (25%) istifadə edilərək həmin heyvanların xəstəliklərə davamlılığını artırmışlar.
Mələzləşmədən istifadə edərək daha tez yetişən və daha məhsuldar tiplər yaratmaq mümkündür. Bu zaman ət, süd məhsuldarlığı yüksək olan cinslər seçilir, sənaye çarpazlaşdırma üsulundan istifadə edərək daha yüksək məhsuldarlığa malik heyvan tipləri yaradılır.
Ümumiyyətlə, mələzləşmə zamanı:
1. Heyvandarlığın inkişaf etdirilməsi üçün əsas məqsəd müəyyən edilməli;
2. Heyvanlar düzgün seçilməli;
3. Yeni yaradılmış heyvan tiplərinin məhsuldarlıq göstəriciləri, xəstəliklərə dözümlülüyü və iqlimə uyğunlaşma qabiliyyəti nəzərə alınmalıdır.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda seleksiya-damazlıq işlərindən geniş istifadə etməklə  yeni heyvan tiplərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri davam etdirilirHeyvandarlıq Elmi Tədqiqat İnstitutunda seleksiya-damazlıq işlərindən geniş istifadə etməklə  yeni heyvan tiplərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri davam etdirilirHeyvandarlıq Elmi Tədqiqat İnstitutunda seleksiya-damazlıq işlərindən geniş istifadə etməklə  yeni heyvan tiplərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri davam etdirilirHeyvandarlıq Elmi Tədqiqat İnstitutunda seleksiya-damazlıq işlərindən geniş istifadə etməklə  yeni heyvan tiplərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri davam etdirilir