2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul davam edir

2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul davam edir

Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163 s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (qiyabi) qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulunun 16 aprel – 15 may 2024-cü il tarixlərində həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, qeydiyyatı təsdiqlənən şəxslərin “Xarici dil” imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 9 iyun 2024-cü il tarixində keçiriləcək.

Xarici dil imtahanını müvəffəqiyyətlə verən şəxslərin Fəlsəfə fənni üzrə imtahanı 2,3,4 sentyabr, ixtisas imtahanı isə 9,10,11 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qəbul şərtləri

1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
2. Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə;
• kadrların şəxsi qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• iş yerindən xasiyyətnamə;
• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid olan mövzu üzrə referat;
• ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.