XARİCƏ SƏFƏRLƏR

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti 3-4 iyun 2021-ci il tarixlərində illik ixtisaslaşmış “BELAGRO” sərgisində iştirak ediblər. Belarus Dövlət Aqrar Texniki Universitetinin Aqro-Sənaye Kompleksi Kadrlarının Təkmilləşdirilməsi və Yenidənhazırlanması İnstitutu tərəfindən təşkil olunan “Kənd yerlərinin davamlı inkişafının və aqrar-sənaye kompleksinin kadr təminatının aktual problemləri” beynəlxalq elmi-praktik konfransı, Belarus Kənd Təsərrüfatı və Qida Nazirliyinin, Belarus Milli Elmlər Akademiyasının Fundamental Tədqiqatlar Belarus Respublika Fondunun, Rusiya aqrar-sənaye kompleksinin kadr təminatı Akademiyasının iştirakı və dəstəyi ilə keçirilmişdir.
Konfransı giriş sözü ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Qida nazirinin birinci müavini İqor Vyaçeslavoviç Brılo açıb.
Qonaqlar konfrans iştirakçılarına salamlama nitqi ilə müraciət ediblər:
Rusiya Federasiyası Dövlət Dumasının əməkdaşı, Birlik Dövlətlərinin dövlət katibinin müşaviri, Rusiya-Belarus Ekspert Klubunun üzvü, iqtisad elmləri doktoru, professor Yevgeni Yevgeniviç Mozhayev; Azərbaycan Respublikası Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mahir Həmzə oğlu Hacıyev; Rusiya Aqrosənaye Kompleksi Kadrlar Akademiyası və Beynəlxalq Peşəkar Davamlı Təhsil Assosiasiyasının Tədris və Metodiki Konsorsiumunun nümayəndəsi, professor Boris İliç Şaytan; Primorsk Dövlət Kənd Təsərrüfatı Akademiyasının rektoru, kənd təsərrüfatı elmləri namizədi Andrey Eduardoviç Komin; V.Y.Qorina adına Belqorod Dövlət Aqrar Universitetinin Aqrobiznes kadrlarının yenidən hazırlanması və ixtisasartırma İnstitutunun direktoru, biologiya elmləri namizədi Aleksandr Vladimiroviç Kosov konfrans iştirakçılarını salamladılar və öz dəyərli fikirlərini bölüşdülər.
Məhdud vaxt formatında keçirilən tədbirdə Belarus, Rusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna, Özbəkistan, Bolqarıstanın elmi və praktik potensialı olan 102 nümayəndə iştirak edib. Qaldırılan problemlə bağlı 18 məruzə dinlənilib. Müzakirələr keçirilib. Elmi materialların toplanması ərəfəsində 150-yə yaxın məqalə qəbul edilib.

XARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏR

Azərbaycanlı Ekspertlərin Səfər Missiyası 23-26 may 2022-ci il tarixlərində Çex Respublikasında olublar. Səfər Missiyasının əsas məqsədi damazlıq toxum ixracatı, damazlıq təsərrüfatın təşkili ilə bağlı Çex Respublikasının Holştin Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. Səfər Missiyasının ekspertləri burada damazlıq heyvanların yetişdirilmə qaydaları, damazlıq təsərrüfatın fəaliyyəti və toxum istehsalının əsas prinsipləri ilə, Holştin Assosiasiyasında genetik analizlərin aparılması qaydaları və təşkili ilə tanış olublar. Ekspertlərə həmçinin Holştin cinslərindən alınan südün istehsalı, emalı qaydaları və ixrac potensialının öyrənilməsi ilə bağlı geniş məlumat verilib. Görüş zamanı gələcək əlaqələrin möhkəmləndirilməsi, birgə elmi tədqiqat işlərinin təşkili və aparılması barədə müzakirələr aparılıb. Səfər Missiyasının ekspertləri habelə, heyvanların identifikasiya edilməsi qaydaları ilə tanış olub, qulaq nişanlarının (birka) hazırlanmasına baxış keçirib.

Daha sonra Səfər Missiyası Qradiştkoda yerləşən “Natural Ferma”da olub və orada yetişdirilən damazlıq buğalara baxış keçirib. Ekspertlərə damazlıq buğaların saxlanma, yemlənmə və yetişdirilmə qaydaları barədə məlumat verilib.

Səfər Missiyası ekspertləri daha sonra Çex Respublikasında fəaliyyət göstərən Heyvan Elmləri Elmi-Tədqiqat İnstitutunun genetik laboratoriyasında olub, laborator avadanlıqlarla və orada görülən işlərlə tanış olublar. Daha sonra institutun nəzdindəki 400 başlıq sağmal inək fermasına, maralçılıq, quşçuluq, donuzçuluq təsərrüfatına baxış keçiriblər.

Sonra Səfər Missiyası ekspertləri Olomouts şəhərindəki ailə-fermer təsərrüfatlarına səfər ediblər. Buradakı görüş zamanı aqro-turizmin əhəmiyyəti və inkişaf yolları barədə geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Səfər Missiyasının ekspertləri arasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev də olub.

XARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏR

26-30 dekabr 2023-cü il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, İnstitutun ümumi işlər üzrə direktor müavini Fərid Dünyamaliyev Türkiyə Cumhuriyyətinin Ankara şəhərində səfərdə olublar. Səfərin əsas məqsədi HETİ tərəfindən hazırlanan və Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmiş “Genetik Mərkəzin”yaradılması layihəsidir.
Səfər çərçivəsində GenEra şirkətinin rəhəbrliyi ilə iki tərəfli görüş keçirilmişdir. Türkiyə tərəfindən Zafer Atik, Ataç Cansever, Arda Arpaslan, Özgüncem Bozkulak və başqalarının iştirakı ilə işçi qrup yaradılmışdır. Layihənin icrası üçün lazım olan avadanlıqların siyahısı dəqiqləşdirilib onların işləmə prinsipi yerləşmə yerləri müəyyən edilib.Daha sonra mütəxəssislərin iştirakı ilə “Genetik Mərkəzin” sxematik xəritəsi hazırlanıb. Mərkəzin və laboratoriyanın iş prinsipi, fəaliyyət planı hazırlanıb.
Daha Anakara Universitetinin nəzdində yerləşən Texnokent-in AgriGenomics laboratoriyasına səfər olunub. Burada Dr. Emre Keskin və Dr. Esra Mine Ünal ilə görüş keçirilib. Qeyd edək ki, sözü gedən laboratoriya “GenEra” şirkəti tərəfindən Türkiyə höküməti və Avropa Birliyinin maliyyə dəstəyi ilə qurulmuşdur. Burada zoomühəndis,biotexnoloqlar və genetiklər,baytar həkimləri, texniklər və s. ixtisaslı mütəxəssislər olmaqla cəmi 28 nəfər əməkdaş çalışır. AgriGenomics laboratoriyası dövlət və özəl sahələr olmaqla bir sıra layihələr həyata keçirir. Eyni zamanda ölkə xaricindən də olan layihələrin tərəfdaşıdırlar. Görüş zamanı AgriGenomics və HETİ-arasında razılaşma protokolunun hazırlanması məsələsi müzakirə edildi. Bu protokol vasitəsi ilə HETİ-də yaradılacaq “Genetik Mərkəz”-də çalışacaq əməkdaşların ixtisasartırma kursları, təcrübə mübadiləsi, analizlərin aparılma qaydaları yerli mütəxəssislərimizə öyrədiləcək.

XARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏR

Türkiyəyə səfər çərçivəsində Aksaray bölgəsində yerləşən Aksaray Universitetinə baş çəkilib.Burada 2019-cu ildə HETİ-nin “Biotexnoloji üsullardan istifadə etməklə qoyunçuluğun inkişafı” layihəsinin eksperti olmuş hal-hazırda Aksaray Universitetinin Baytarlıq fakültəsinin dekanı Tahir Karaşahin və professor müəllim heyyəti ilə görüş keçirilib.Görüşdə hər iki ölkədə heyvandarlığın vəziyyəti müzakirə edilib.HETİ-nin elmi kadr potensialının artırılması sahəsində birgə təlim və qısa müddətli kursların keçirilməsi barədə razılıq əldə olunub.Həmçinin 2023-cü ildə istifadəyə verilimiş “Embrion transfer mərkəzi”-ni ziyarət etdik.Burada əsas hədəf Türkiyədə heyvandarlıq sektorunun real potensialını üzə çıxarmağı hədəfləyən innovativ və biotexnoloji addımlarla heyvandarlıqda özünün və Türkiyənin mövqeyini yaxşılaşdırmağı hədəfləyir. Milli və beynəlxalq platformalardakı inkişafları izləyən və sistemlərini buna uyğun olaraq yeniləyən Embrion Transfer Təhsil Araşdırma və Tətbiq Mərkəzi Türkiyədə Heyvandarlıq sektorunda; Bu, heyvan vahidi başına seleksiyaçılara, texniki heyətə və baytarlara daha çox səmərəlilik təmin etmək məqsədi daşıyır. Universitetin Xarici əlaqələr şöbəsində Meryem Arslan,Uğur Koyuncu ilə işgüzar görüş keçirildi.Görüşdə əsasən Erasmus proqramı ilə KA171 layihəsi üzrə əməkdaşlıq məsələsi müzakirə olunub.Belə ki, hər iki tərəfdən işçi qrup yaradılıb və birgə layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub.Bu layihəyə əsasən HETİ-nin əməkdaşları Türkiyə Cumhuriyyətində embrion transferi sahəsində ödənişsiz olaraq 2-4 həftəlik kurslara cəlb olunacaqlar.Sonda Aksaray Universitetinin rektoru professor Alpay Arıbaş ilə görüşdük.Rektor Azərbaycan və Türkiyə əlaqələrindən söz açaraq universitet və institut arasında əlaqlərin genişlənməsində maraqlı olduqlarını bildirdi.Öz növbəsində HETİ-nin direktoru a.e.f.d dosent Mahir Hacıyev Kənd Təsərrüfat Nazirliyinin xətti ilə həyata keçirilən layihələr barədə məlumat verdi və səmimi qəbul üçün təşəkkür etdi.

XARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏR

Heyvandarlıq Elmi Tədqiqat İnstitunun (HETİ) direktoru Mahir Hacıyev Çexiyaya səfəri çərçivəsində kənd təsərrüfatı sektorunda tədqiqat fəaliyyəti ilə məşğul olan “Dominant Genetika”, “Brunthaller” şirkətlərinin, “Breeding Cooperative İmpuls” kooperativinin və “Lihen Studenec” İnkubasiya Mərkəzinin nümayəndələri ilə görüşüb. “Dominant Genetika” şirkətinin sahibi Dr. Milan Tyller tərəfindən şirkətin damazlıq təsərrüfatına ekskursiya təşkil olunub və burada inkubasiya texnologiyası ilə tanışlıq olub.
Şirkətdə yeni və müasir tələblərə cavab verən inkubator stansiyaasının təchiz olunması göstərilib və burada ətlik-yumurtalıq dominant cinsli quşların yumurtalarının inkubasiya prosesini və cücələrin alınma prosesi praktiki olaraq göstərilib.
Qonaqlar ətlik-yumurtalıq cinsləri fermer təsərrüfatlarında əhəmiyyətli olduğu üçün onların alınmasında istifadə edilən seleksiya proqramları ilə tanış edilib. Belə ki, proqramdan istifadə edilmə haqqında məlumat verilib və gələcəkdə həmin şirkətlə institut arasında müştərək müqavilələrin imzalanması, bununla Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun bazasında birinci dəfə reproduktor təsərrüfatının yaradılması istiqamətində danışıqlar aparılıb.

XARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏR

Oktyabr ayının 18-21-i tarixlərində ABŞ-ın nüfüzlu “İllumina İnnovative Technologies” şirkətinin təşəbbüsü ilə Gürcüstan Respublikasında regionda olan mütəxəssislərin iştirakı ilə "Genetik tədqiqatlar və embrion transferi" mövzusunda konfrans keçirilib. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev də həmin konfransda geniş məruzəylə çıxış etmiş və təşkilatçıların marağına səbəb olmuşdur. Bu baxımdan Gürcüstanda konfrans yekunlaşdıqdan sonra "FinExCoop" qrup rəhbəri Kristofer Kordiner, Frankfurt iqtisadiyyat və idarəetmə məktəbinin "Beynəlxalq məsləhət xidməti" layihəsinin rəhbəri Serkan Veziroğlu Azərbaycana səfər ediblər. Səfər çərçivəsində Heyvandarlıq Elmi Tədqiqat İnstitutuda olublar.
Damazlıq Heyvandarlığın İnkişafı və Azərbaycanda damazlıq heyvandarlığın yaradılması ilə bağlı fikir mübadiləsi aparılmış,respublikada mövcud heyvan genefondunun qorunub saxlanılması ilə bağlı aparılan işlərlə tanış olunub.

XARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏR

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edib. Səfər çərçivəsində "Gen Era" şirkətinin baş ofisində olub, burada şirkətin rəhbəri Emre Keskin və digər əməkdaşlar - Zafer Atik, Nalan Ayhan, Can Holyavkin ilə görüşüb. Görüş zamanı qarşılıqlı maraqlar çərçivəsində elmi-texniki əməkdaşlığın qurulması, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda da genetik laboratoriyanın təchiz edilməsi istiqmətində əlaqələrin yaradılması və digər məsələlər müzakirə edilib. Daha sonra Mahir Hacıyev şirkətin qurduğu genetik labolatoriya və orada aparılan işlərlə tanış olub.

XARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏRXARİCƏ SƏFƏRLƏR