HETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilib

HETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilib


02.05.2024-cü il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda (HETİ) ilk Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə ittifaq üzvlər ilə yanaşı, İnstitutun direktoru Mahir Hacıyev, Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) sədri Fuad Məmmədov və Təşkilati məsələlər üzrə mütəxəssis Rəhman Vəliyev də iştirak ediblər.
İttifaq üzvləri qarşısında hesabat verən institutun ilk həmkarlar ittifaqının sədri Aytən Məmmədova ötən dövr ərzində görülən işlərdən və həyata keçirilən tədbirlərdən danışıb.
ASİHİB-nin sədri Fuad Məmmədov təqdim olunan hesabata münasibət bildirib, irad və təkliflərini səsləndirib. İnstitutun direktoru Mahir Hacıyev isə həmkarlar ittifaqının fəaliyyətindən razılığını ifadə edib və gələcək işlərində uğurlar arzulayıb.
Yığıncaqda Rəyasət heyətinin yeni tərkibi formalaşıb. Həmçinin açıq səsvermə yolu ilə Aytən Məmmədova yenidən həmkarlar ittifaqının sədri seçilib.
Eyni zamanda yığıncaqda iştirak edən HETİ-nin Arıçılıq Mərkəzi Həmkarlar İttifaqı sədri Elçün Nağıyev də yekun hesabat təqdim edib.


HETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilibHETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilibHETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilibHETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilibHETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilibHETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilibHETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilibHETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilibHETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilibHETİ-də İlk Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilib