HETİ-də peşəkar arıçı Rəşad Ağakişiyev tərəfindən "Arıların qışa hazırlanma üsulları" adlı təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu (HETİ) və institutun “Arıçılıq” Mərkəzinin təşkilatçılığı ilə peşəkar arıçı Rəşad Ağakişiyev tərəfindən regionda yerləşən arı təsərrüfatı sahiblərinə “Arıların qışa hazırlanma üsulları” adlı təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan HETİ-nin direktoru Mahir Hacıyev gələn qonaqların hər birinə təşəkkür edib, ölkəmizdə arıçılığın inkişaf etdirilməsi imkanlarının genişləndirilməsi və müasir texnologiyalardan istifadənin əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən HETİ “Arıçılıq” Mərkəzinin direktoru Samir Mahmudov mərkəzdə aparılan tədqiqat işləri, arıçılıq sahəsində görülən işlər və mərkəz tərəfindən yeni yaradılan hibridlər barədə məlumat verib.

Peşəkar arıçı Rəşad Ağakişiyev əsasən xarici və məhsuldarlığın artan dinamika ilə getdiyi ölkələrdə tətbiq edilən üsullardan, arılara qış əvvəli olan qulluq tədbirləri haqqında danışıb. Yerli təsərrüfat sahibləri və arıçılıq peşəsi ilə məşğul olan arıçılarla fikir mübadiləsi aparılıb, yeni təcrübələr öyrənilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

HETİ-də peşəkar arıçı Rəşad Ağakişiyev tərəfindən "Arıların qışa hazırlanma üsulları" adlı təlim keçirilibHETİ-də peşəkar arıçı Rəşad Ağakişiyev tərəfindən "Arıların qışa hazırlanma üsulları" adlı təlim keçirilib