Cənubi Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində təqdimatlar keçirilib

19.09.2023 tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” mövzusunda sınaq layihəsinin təqdimatı baş tutub.
Tədbiri giriş sözü ilə açan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib ki, institut olaraq daim beynəlxalq təşkilatlar, elm müəssisələri ilə əməkdaşlıq edilir və beynəlxalq təcrübənin ölkəmizdə heyvandarlığın inkişafı üzrə tətbiq olunmasında əsaslı addımlar atılır.
Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev çıxış edərək bildirib ki, Göygöl rayonu ölkəmizdə heyvandarlıq sahəsində önə çıxan rayonlardan biridir. Son illərdə artan göstəricilərlə birlikdə, yeni innovasiyaların tətbiqi heyvandarlığın inkişafında daha da mühüm rol tutacaq.
Daha sonra çıxış edən Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co ölkəmizdə fəaliyyət göstərməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərdikləri müddətdə Cənubi Koreya hökumətinin dəstəyi ilə şirkət və müəssisələrin qabaqcıl təcrübələrinin Azərbaycanda tətbiq olunmasında KOTRA olduqca maraqlıdır. Bu gün baş tutan sınaq layihəsi gələcəkdə baş tuta biləcək geniş miqyaslı layihələrin təməlini qoyur.
Tədbirdə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Bayandur Rzayev, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Eldar Həsənov və başqaları bu cür əməkdaşlıqların baş tutmasından məmnunluq duyduqlarını dilə gətiriblər. Qeyd ediblər ki, Cənubi Koreya və Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq mövcuddur. Müasir dövrdə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının da inkişafında da yeni texnologiyaların, innovasiyaların tətbiqi olmadan inkişaf qeyri-mümkündür.
Tədbirdə İNPRO şirkətinin baş icraçı direktoru Seung-Hyeok Choi, WHYBIZ şirkətinin baş icraçı direktoru Seungback Jung, ENEY şirkətinin baş icraçı direktoru Jae-Hyuk Jeon tərəfindən “SmartFarm texnoloji tətbiqinin təqdimatı”, “Cloud sistemi” və digər mövzularda təqdimatlar keçirilib.
Sonda Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə memorandum imzalanıb.
Xatırladaq ki, cari ilin aprel ayından başlayaraq Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə mütəmadi görüşlər keçirilib.

Cənubi Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində təqdimatlar keçirilib Cənubi Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində təqdimatlar keçirilib