FAO-nun nümayəndə heyəti HETİ-yə səfər edib.

FAO-nun nümayəndə heyəti HETİ-yə səfər edib.
23 avqust 2023-cü il tarixdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib.
Nümayəndə heyətini institutun direktoru Mahir Hacıyev qəbul edib. Mahir Hacıyev ilk öncə nümayəndə heyətinə institutun fəaliyyət istiqaməti, aparılan elmi-tədqiqat işləri və icra edilən layihələr barədə məlumat verib. O, bildirib ki, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu öz fəaliyyətində beynəlxalq qurumlarla əməkdaşlıq etməkdə maraqlıdır və bu istiqamətdə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verir. Görüşdə bildirilib ki, insititutun əməkdaşları FAO tərəfindən icra edilən layihələrdə iştirakçı və ekspert qismində çıxış edir. Mahir Hacıyev onu da vurğulayıb ki, institut heyvandarlığın inkişafı istiqamətində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi ilə də mütəmadi əlaqədədir və qurumun heyvandarlıq sektoru ilə bağlı ölkədəki fəaliyyətində öz köməyini bundan sonra da əsirgəməyəcək.
Daha sonra qonaqlar institutun müasir avadanlıq və cihazlarla təchiz olunmuş laboratoriyaları ilə tanış olub. Onlara burada aparılan analizlər və sınaq işləri barədə məlumat verilib.

FAO-nun nümayəndə heyəti HETİ-yə səfər edib.FAO-nun nümayəndə heyəti HETİ-yə səfər edib.FAO-nun nümayəndə heyəti HETİ-yə səfər edib.FAO-nun nümayəndə heyəti HETİ-yə səfər edib.