Yeni standart təsdiq olunub.

Yeni standart təsdiq olunub.
"Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Termin və təriflər" - AZS 939:2023 standartı təsdiq olunub.
Standart Heyvandarlıq Elmi Tədqiqat İnstitutu tərəfindən işlənib hazırlanıb və “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 24) tərəfindən təqdim edilib və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin14 iyul 2023-cü il tarixli AZSTAND/Q-48/2023 saylı qərarı ilə təsdiq edilib.

Standartda təyin olunmuş terminlər kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində işlədilən anlayışların sistemli şəkildə təsviridir. Standartda kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması zamanı istifadə olunan terminlər (süni mayalanma, spermatozoid, yumurta hüceyrəsi, spermanın qiymətləndirilməsi, spermanın dondurulması, spermanın qablaşdırılması, boğazlığın təyini, mayalandırılmış heyvanların statistik göstəricilər və s.) və onların tərifləri verilmişdir.