ISO 9001-2015 standartının sertifikatının əldə edilməsi ilə bağlı iclas keçirilib.

ISO 9001-2015 standartının sertifikatının əldə edilməsi ilə bağlı iclas keçirilib.
31.07.2023-cü il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun və "Kiwa NV" sınaq, yoxlama və sertifikatlaşdırma üzrə Avropa qurumunun əməkdaşları arasında ISO 9001-2015 standartının sertifikatının əldə edilməsi ilə bağlı iclas keçirilib. İclasda "Kiwa NV"-nin Türkiyə üzrə nümayəndəsi Oya Elyıldırım, şirkətin Azərbaycan üzrə təmsilçisi Rüfət Sadıqov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun ISO Standartı ilə əlaqədar yaradılmış işçi qrupunun üzvləri və digər əməkdaşlar iştirak edib. İclasda sənədləşmələrlə bağlı yekun müddəalar müzakirə edilib.

ISO 9001-2015 standartının sertifikatının əldə edilməsi ilə bağlı iclas keçirilib.