KOTRA Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co HETİ-yə səfər edib.

KOTRA Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co HETİ-yə səfər edib.
Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Azərbaycan nümayəndəliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi arasında cari ilin aprel ayında bağlanmış müqaviləyə əsasən KOTRA ölkəmizdə bir çox sahələrdə müxtəlif miqyaslı layihələr həyata keçirəcək ki, sözügedən layihələr kənd təsərrüfatı sahəsində də icra ediləcəkdir. Məqsəd kənd təsərrüfatı və heyvandarlıqla bağlı aparıcı texnologiyaların ölkəmizdə tətbiqini reallaşdırmaq, Cənubi Koreyanın Ağıllı Kənd Təsərrüfatı sahəsində təcrübəsini öyrənməkdir. Əməkdaşlıq eyni zamanda Cənubi Koreya üçün yeni ixrac imkanları yaradacaq və bazar formalaşdıracaqdır ki, bu da öz növbəsində yeni iş imkanları deməkdir.
Sözügedən əməkdaşlıq çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu da müxtəlif Cənubi Koreya şirkətləri ilə əməkdaşlığıın qurulması istiqamətində danışıqlar aparır. Həmin danışıqların nəticəsi olaraq artıq "FarmConnect" şirkəti ilə institut arasında əməkdaşlıq müqaviləsi imalanıb. Hazırda isə "Inpro" və "WhyBiz" şirkətləri ilə danışıqlar davam edir.
26 iyul 2023-cü il tarixində isə KOTRA Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib. Səfər çərçivəsində qonaq institutun laboratoriyalarında qurulan şəraitlə ilə tanış olub, aparılan elmi-tədqiqat işlərinin istiqaməti ilə maraqlanıb. Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda KOTRA-nın təqdim etdiyi innovativ texnologiyalar sınaqdan keçirilməsi və gələcəkdə müxtəlif təsərrüfatlarda pilot layihələr icra edilməsi planlaşdırılır.

KOTRA Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co HETİ-yə səfər edib. KOTRA Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co HETİ-yə səfər edib. KOTRA Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co HETİ-yə səfər edib. KOTRA Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co HETİ-yə səfər edib. KOTRA Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co HETİ-yə səfər edib. KOTRA Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co HETİ-yə səfər edib. KOTRA Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co HETİ-yə səfər edib.