Həmkarlar Təşkilatı hesabat verdi

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Həmkarlar Təşkilatının 2019-2021-ci illərə dair hesabat seçki yığıncağı keçirilib. Yığıncaqda HETİ-nin direktoru a.e.f.d dosent Mahir Hacıyev, KTN-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilat şöbəsinin müdiri Anar Tağıyev və institutun əməkdaşları iştirak edib.Görüşdə Həmkarlar Təşkilatının rolundan, vəzifələrindən, problemlərdən bəhs edib.
Heyvandarlıq ET İnstitutu Həmkarlar Təşkilatının sədri Aytən Məmmədova yekun hesabat təqdim edərək 2019-2021-ci illər ərzində görülmüş işlərdən, çatışmazlıqlardan danışıb. Bu müddət ərzində Həmkarlar Təşkilatının keçirdiyi büro iclaslarında müxtəlif məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmiş, bir sıra mədəni kütləvi tədbirlərin,anım günlərinin,yubiley tədbirlərinin eyni zamnda institut əməkdaşlarının ərizə və təklifləri əsasında kollektivin mənafeyini və maraqlarını əks etdirən məsələlərin rəhbərlik və yuxarı təşkilatlar qarşısında qaldırılması təmin edilmişdir.
Hesabat məruzəsi ətrafında çıxışlarda ötən dövr üçün Həmkarlar İttifaqı Təşkilatının fəaliyyətindən razı qalındığı diqqətə çatdırılıb.Hesabat məruzəsi qənaətbəxş qiymətləndirilmiş daha sonra yeni heyyət və sədr açıq səsvermə yolu ilə seçilmişdir.Belə ki,növbəti müddət üçün Aytən Məmmədova yenidən sədr seçilib.
Eyni zamanda yığıncaqda iştirak edən HETİ-nin Arıçılıq Mərkəzi Həmkarlar İttifaqı Təşkilatına də üzvlərin razılığı ilə Elçün Nağıyev sədr vəzifələrinin müvəqqəti icrası tapşırılıb.
Həmkarlar Təşkilatı hesabat verdi
Həmkarlar Təşkilatı hesabat verdi
Həmkarlar Təşkilatı hesabat verdi
Həmkarlar Təşkilatı hesabat verdi
Həmkarlar Təşkilatı hesabat verdi
Həmkarlar Təşkilatı hesabat verdi
Həmkarlar Təşkilatı hesabat verdi
Həmkarlar Təşkilatı hesabat verdi