ƏTLİK CİNS BİFMASTER

ƏTLİK CİNS BİFMASTER

Bu cinsin bu qədər cəlbedici cəhəti nədir? 2017 -ci ildə aparılan elmi araşdırmalar onu göstərdi ki, Beefmasterin dünyanın bütün iribuynuzlu cinsləri arasında ən yüksək heterozis effektinə malik olması (heterogen valideynlərindən müxtəlif genlərin müəyyən bir allel qrupunun irsi olması səbəbindən hibridlərin məhsuldarlıq göstəricilərinin yüksək olması) sübut edilir. ABŞ-nın 18 fərqli mal cinsi üzərində aparıldığı araşdırmalardan müəyyən olunmuşdur ki, bifmasterlərin yem səmərəliliyi bütün digər cinslərdən üstündür.
Bədən ölçüləri
Bunlar olduqca böyük heyvanlardır, öküzlərin orta çəkisi 1000 kq-a çatır, süddən ayrılan buzovlarda 270-280 kq çəki olur. Həm buynuzlu, həm də buynuzsuz heyvanlar var.
Rəngi.
Bu cinsin alınmasında rənginə diqqət yetirilməmişdi, belə oldu ki, heyvanların əksəriyyəti narıncı rəngə malik olmuşlar.
Məhsuldarlığı.
Yemin yüksək konversiyasına malikdirlər (tədqiqatlara əsasən yem effektivliyi ABŞ-da başqa cinslərdən üstündür). Yağsız ət, şirəli olsa da, təəccüblü dərəcədə incə bir dada malikdir. Orta sutqalıq çəki artımı 950-1180 g təşkil edir.
14 ayında inəkləri mayalanmaya hazır olurlar, əla analıq xüsusiyyətlərə malikdirlər, doğuşlar çox asan keçir və hər il bir buzov vermə qabiliyyətinə malikdirlər.
Bəslənməsi.
Cins otlaq şəraitinə əla uyğunlaşır, istiyə, quraqlığa və həşərat dişləməsinə davamlıdır. Kolorado, Nebraska və Vyomingin mülayim iqliminə mükəmməl uyğunlaşır.
Mənfi və müsbət tərəfləri
Xüsusiyyətləri
1. Beefmasterlər digər inək cinslərindən yalnız altı xüsusiyyətə əsaslanan seçmə prinsipi ilə fərqlənir: xasiyyət, məhsuldarlıq, uyğunluq, çəki, dözümlülük, süd məhsuldarlığı. Lasaterin konsepsiyası ondan ibarətdir ki, altı əsas əlamətə görə və “genetik enerjini” nəzərə almadan seçmə aparılır, məsələm rəngi, buynuzları, cidov hündürlüyü və s. Bu nadir yanaşma bifmasterləri “Gəlirli cins” adı ilə təsdiqləmişdi.
2. Lasater “altı əsas prinsip” tədbiq etmişdir hansı ki o dövr üçün inqilabi sayılırdı. O, 1936-cı ildə individual şəkildə buzovları çəkirdilər, o dövrdə iribuynuzlu malqaranı baş sayına görə satışını təşkil edirdilər. Tələb olunurdur ki düyələr 14 ayında çütləşməyə buraxılsın və iki yaşında bala verə bilsinlər. Maraqlısı bundan ibarət olmuşdur ki, Tom sağlam bala verə bilməyən inəyi çıxdaş edirdi.
3. 2017-ci ildə aparılan elmi tədqiqat işləri onu təsdiq etmişdir ki, bifmaster cinsli heyvanlar dünyada olan bütün iribuynuzlu heyvanlardan fərqli olaraq ən yüksək heterozisə malikdilər.
Bu cinsin Azərbaycanda yetişdirilməsi də məsləhət görülür.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda artıq bu istiqamətdə işlərə başlanılıb və yaxın gələcəkdə bu cinsin institutun nəzdində yetişdirilməsi nəzərdə tutulur.
ƏTLİK CİNS BİFMASTER
ƏTLİK CİNS BİFMASTER
ƏTLİK CİNS BİFMASTER
ƏTLİK CİNS BİFMASTER
ƏTLİK CİNS BİFMASTER