Balın saxlanması

Balın saxlanması
Bal, bütün digər ərzaq məhsullarından fərqli olaraq, ağzı kip bağlı qablarda illər ərzində keyfiyyətini dəyişmədən saxlanılır. Bal üçün ayrılan saxlama otağı müəyyən tələblərə cavab verməlidir. Belə ki, otaqda nisbi rütubət təxminən 60 və ya 80% olmalıdır. Balı müxtəlif iyli məhsulların, siyənək balığının, dərinin, duzlu kələmin, neft məhsullarının, kimyəvi maddələrin və digər qoxusu gələn maddələr saxlanan anbarda bir yerdə saxlamaq olmaz. Sadə anbarlarda temperaturun 10℃-dən yuxarı olmaması tövsiyə olunur, ancaq ən yaxşısı temperaturun 0℃-dən 5℃-ə qədər olmasıdır. Qış aylarında havanın temperaturu sıfırdan aşağı olsa belə, bal üçün zərərli deyil. Belə olan halda, onun bütün qiymətli xassələri tam saxlanılır.

Balın saxlanmasıBalın saxlanması