HETİ-də çexiyalı mütəxəssislərin hazırladığı damazlıq yetişdirmə proqramlarının təqdimatı keçiriləcək

HETİ-də çexiyalı mütəxəssislərin hazırladığı damazlıq yetişdirmə  proqramlarının təqdimatı keçiriləcək


14 may 2024-cü il saat 11:00-da Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) Çexiya Respublikasının “Dominant Genetika” və “Brunnthaller” şirkətlərinin mütəxəssisləri tərəfindən hazırlanan damazlıq toyuqlar üçün yetişdirmə proqramlarının təqdimatı baş tutacaq. Təqdimatda “Dominant Genetika” şirkətinin rəhbəri Milan Tyller və “Brunnthaller” şirkətinin rəhbəri Petr Zirnovicky iştirak edəcək. Tədbirin əsas məqsədi quşçuluq sahəsində müasir sistemlərin və proqramların ölkəmizdəki təsərrüfatlara tətbiqi, onlardan daha yüksək səmərəlilik alınması, mütəxəssislərin yeni biliklərə yiyələndirilməsidir.
Qeyd edək ki, 1990-cı ildə təsis edilən “Brunnthaller” şirkəti, heyvandarlıq texnologiyası üzrə ixtisaslaşmış şirkətdir. Şirkət təsərrüfatlar üçün avadanlıq layihələndirir, istehsal edir, quraşdırır və onlara xidmət göstərir. “Dominant Genetika” şirkəti isə yumurtlayan quşların yetişdirilməsi proqramları üzrə ixtisaslaşmışdır. Şirkətin öz molekulyar biologiya laboratoriyası vasitəsilə özlərinin yetişdirmə proqramlarında klassik genetika və genomik seleksiyanın birləşməsindən istifadə edirlər. “Brunnthaller”in təsərrüfat avadanlığı sahəsində təcrübəsi və “Dominant Genetika”nın damazlıq toyuqlar üçün yetişdirmə proqramları institutun tədqiqat və inkişaf səyləri üçün dəyərli aktiv hesab olunur.