Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İnsan Resurları şöbəsinin Təhsil sektorunun müdiri Emin Əliyevin təşəbbüsü ilə elmi-tədqiqat institutlarının elmi katib və beynəlxalq əlaqələr üzrə məsul şəxslərinin iştirak etdiyi onlayn görüş keçirilib.
Görüşdə ETİ-lərdə aparılan elmi tədqiqat işlərinin beynəlxalq standartlara uyğun aparılması, beynəlxalq sahədə qurulan əlaqələrin genişləndirilməsi, beynəlxalq nəşrlərdə məqalələrin çap olunması, görülən işlərə KİV-də geniş yer verilməsi, doktoranturaya qəbul və beynəlxalq əməkdaşlıqda xarici dil problemi və s. kimi məsələlər ətraflı müzakirə edilmişdir.