HETİ-də Standartlaşdırma üzrə Texniki Komitə”nin növbəti iclası keçirilib

HETİ-də Standartlaşdırma üzrə Texniki Komitə”nin növbəti iclası keçirilib

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda fəaliyyət göstərən “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitə”nin növbəti iclası keçirilib. İclasda Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşı Bayram Əliyev, Siyəzən Broyler ASC-nin laboratoriya müdiri Rizvan Əkbərov iştirak edib.
İclasda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən baxılması üçün Texniki Komitəyə göndərilmiş “Toyuq əti (broyler toyuq cəmdəkləri və onların hissələri). Texniki şərtlər" Dövlət standartı barədə rəy və təkliflər dinlənilib. Eyni zamanda, “Texniki Komitə” tərəfindən hazırlanmış “Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər” Dövlət Standartının müzakirəsi aparılıb. 2024-cü il üçün nəzərdə tutulan fəalıiyyət planına uyğun olaraq Texniki Komitə tərəfindən hazırlanmış “Toyuq yumurtaları üçün inkubatorlar. Texniki şərtlər.” Dövlət Standartı təsdiq edilmək üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilməsi qərara alınıb.


HETİ-də Standartlaşdırma üzrə Texniki Komitə”nin növbəti iclası keçirilibHETİ-də Standartlaşdırma üzrə Texniki Komitə”nin növbəti iclası keçirilib