Aksaray Universitetinə səfər olunub

Türkiyəyə səfər çərçivəsində Aksaray bölgəsində yerləşən Aksaray Universitetinə baş çəkilib. Burada 2019-cu ildə HETİ-nin “Biotexnoloji üsullardan istifadə etməklə qoyunçuluğun inkişafı” layihəsinin eksperti olmuş hal-hazırda Aksaray Universitetinin Baytarlıq fakültəsinin dekanı Tahir Karaşahin və professor müəllim heyyəti ilə görüş keçirilib.Görüşdə hər iki ölkədə heyvandarlığın vəziyyəti müzakirə edilib.HETİ-nin elmi kadr potensialının artırılması sahəsində birgə təlim və qısa müddətli kursların keçirilməsi barədə razılıq əldə olunub.Həmçinin 2023-cü ildə istifadəyə verilimiş “Embrion transfer mərkəzi”-ni ziyarət etdik.Burada əsas hədəf Türkiyədə heyvandarlıq sektorunun real potensialını üzə çıxarmağı hədəfləyən innovativ və biotexnoloji addımlarla heyvandarlıqda özünün və Türkiyənin mövqeyini yaxşılaşdırmağı hədəfləyir. Milli və beynəlxalq platformalardakı inkişafları izləyən və sistemlərini buna uyğun olaraq yeniləyən Embrion Transfer Təhsil Araşdırma və Tətbiq Mərkəzi Türkiyədə Heyvandarlıq sektorunda; Bu, heyvan vahidi başına seleksiyaçılara, texniki heyətə və baytarlara daha çox səmərəlilik təmin etmək məqsədi daşıyır. Universitetin Xarici əlaqələr şöbəsində Meryem Arslan,Uğur Koyuncu ilə işgüzar görüş keçirildi.Görüşdə əsasən Erasmus proqramı ilə KA171 layihəsi üzrə əməkdaşlıq məsələsi müzakirə olunub.Belə ki, hər iki tərəfdən işçi qrup yaradılıb və birgə layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub.Bu layihəyə əsasən HETİ-nin əməkdaşları Türkiyə Cumhuriyyətində embrion transferi sahəsində ödənişsiz olaraq 2-4 həftəlik kurslara cəlb olunacaqlar.Sonda Aksaray Universitetinin rektoru professor Alpay Arıbaş ilə görüşdük.Rektor Azərbaycan və Türkiyə əlaqələrindən söz açaraq universitet və institut arasında əlaqlərin genişlənməsində maraqlı olduqlarını bildirdi.Öz növbəsində HETİ-nin direktoru a.e.f.d dosent Mahir Hacıyev Kənd Təsərrüfat Nazirliyinin xətti ilə həyata keçirilən layihələr barədə məlumat verdi və səmimi qəbul üçün təşəkkür etdi.


Aksaray Universitetinə səfər olunubAksaray Universitetinə səfər olunubAksaray Universitetinə səfər olunubAksaray Universitetinə səfər olunubAksaray Universitetinə səfər olunubAksaray Universitetinə səfər olunubAksaray Universitetinə səfər olunub