“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.

“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.
13 aprel 2023-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və “İllumina” şirkətinin birgə təşkilatçılığı ilə “Genetik sahədə beynəlxalq təcrübə” mövzusunda interaktiv elmi-praktiki seminar keçirilib. Seminarda “İllumina” şirkətinin Türkiyə, Azərbaycan, Türkmənistan üzrə İcra Ərazi Meneceri Sefa Aytaç, şirkətin Rusiya, MDB və Türkiyə üzrə Aqrigenomika və genotipləşdirmə mütəxəssisi, fəlsəfə doktoru Alina Çernova, müxtəlif regionların DAİM nümayəndələri, Aqrar Xidmətlər Agenliyinin, Genetik Ehtiyatlar İnstitutunun, Aqro Komplekslərin, ETİ-larının əməkdaşları, heyvandarlıq mütəxəssisləri, baytar həkimlər, müstəqil ekspertlər, fermer və sahibkarlar, iri və xırda təsərrüfat sahibləri, eləcə də aqrar sahədə təhsil alan tələbələr iştirak edib.
Seminarı giriş sözü ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev açıb. O, tədbir iştirakçılarını salamlayaraq seminarın mövzusu, onun aktuallığı barədə qısa məlumat verib. Bildirib ki, genetika hazırda inkişaf etməkdə olan ən vacib elm sahələrindən biridir. Digər bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı, eləcə də heyvandarlıqda yüksək məhsuldarlığa, genetik xüsusiyyətlərə malik, xəstəliklərə davamlı heyvan cinsləri yetişdirmək, bundan başqa mövcud heyvan cinslərini qoruyub saxlamaq üçün genetik sahədə elmi-tədqiqat işlərinin aparılması olduqca zəruridir.
Daha sonra “İllumina” şirkətinin meneceri Sefa Aytaç şirkət, onun fəaliyyət istiqaməti, məhsul və xidmətləri barədə təqdimat nümayiş etdirib. Sonra söz “İllumina” şirkətinin əməkdaşı Alina Çernovaya verilib. Alina Çernova “Genomika əsri: Kənd təsərrüfatı və ətraf mühit üçün yeni nəsil alətlər” mövzusunda təqdimat və məruzə ilə çıxış edib. Çıxışı zamanı Alina Çernova genetik sahədəki ən son yeniliklərdən, heyvanların genotipik və fenotipik xüsusiyyətlərinin öyrənilməsində tətbiq edilən innovativ texnologiyalardan, bu texnologiyaların tətbiqi nəticəsində əldə edilən nailiyyətlərdən və bu tətbiqlərin əhəmiyyətindən bəhs edib. O, eyni zamanda seminar iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirib.
Daha sonra çıxış edənlər – Genetik Ehtiyatlar İnstitutunun professoru Saleh Məhərrəmov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun “Genetik tədqiqatlar və embrion transferi” laboratoriyasının müdiri Rəşad Məhərrəmov və Aqrar Xidmətlər Agentliyinin “Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi”nin direktoru Söhrab Əliyev, bildiriblər ki, kənd təsərrüfatı heyvanlarının şəcərə məlumatlarının toplanması, identifikasiyalaşdırma, sertifikatlaşdırma və s. kimi proseslərin icrası ölkədə genetik bazanın yaradılması və bazanın formalaşdırılması, habelə, heyvanların genetik xüsusiyyətlərinin öyrənilməsi, onların damazlığa yararlı olub-olmamasının, monogen xəstəlik daşıyıcısı olub-olmamasının müəyyən edilməsi üçün olduqca vacibdir.
Qeyd edək ki, seminar geniş diskussiya şəraitində davam edib.

“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçirilib.