“Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işi davam edir.

“Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işi davam edir.
2022-ci ilin payızında ölkəmizə Qırğızıstan respublikasından 100 baş yak növlü iribuynuzlu heyvan gətirilmişdir. Yaklar gətirilməzdən əvvəl Qırğızıstan ekspertlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonlarının ərazilərində monitorinqlər keçirilərək müvafiq ərazilər seçilmişdir. Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanların Laçın və Kəlbəcər rayonlarında öncədən müəyən edilmiş ərazilərdə yerləşdirilməsi təmin edilmişdir. Məqsəd, dağlıq zonalarda uzun illər istifadəsiz qalmış ot örtüyündən istifadə edə bilən heyvan növlərinin yetişdirilməsidir.
Yakların yüksək dağlıq zonalarda yaşamasına və oksigenin səviyyəsinin nisbətən aşağı olduğu mühitə uyğunlaşmasına imkan verən bir çox anatomik və fizioloji xüsusiyyətləri var. Bu xüsusiyyətlərə yüksək metabolizm, hissetmənin güclü olması, ürək və ağciyər həcmlərinin genişliyi daxildir. Bu da, yakların daha tez-tez nəfəs almalarına imkan yaradır. Nəticədə, yaklar yorulmadan yem axtarışı üçün daha uzaq məsafə qət edə bilirlər.
Respublikamıza gətirilmiş yakların yerli iqlim şəraitinə uyğunlaşması, adabtasiya xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda “Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işinə başlanmışdır. Bu məqsədlə, bu ilin yanvar ayında Heyvandarlıq Elmi Tədqiqat İnstitutun Yardımçı Təcrübə Təsərrüfatına 3 baş yak gətirilmişdir. Elə ilk gündən onların yemləmə və saxlanma şəraitinə gündəlik nəzarət edilmiş və lazımi profilaktiki tədbirlər görülmüşdür. Yakların inkişaf dinamikasına nəzarət etmək üçün boğazlığın müddəti və yaşları müəyyən edilmişdir. Onların bədən ölçüləri xüsusi alətlər vasitəsilə ölçülərək götürülmüşdür. Tük örtüklərinin yağlığını və tərkibini laboratoriyada öyrənmək məqsədilə bədənlərinin müxtəlif nahiyələrindən tük nümunələri götürülmüş və yakların ərazilərdə olan və qidalandığı otlar müəyyən edilmişdir.
May ayında yaklardan 2 baş bala alınmışdır. Hər 2 baş bala cinsiyyətinə görə erkəkdir. İnventar nömrəsi KG00045/2627 olan yakın balası doğulduqda 15 kq, 1 aylıq yaşda isə 28 kq, inventar nömrəsi KG00045/2638 olan yakın balası doğulduqda 13 kq, 1 aylıq yaşda isə 17 kq olmuşdur. Ay ərzində uyğun olaraq balalar 13 və 5 kq canlı kütləsini artırmışlar. Elmi tədqiqat işinin metodikasına uyğun olaraq növbəti cəki və bədən ölçülərinin götürülməsi, müqaisələrin aparılması 2 aylıq yaşda həyata keçiriləcəkdir. Yaklar kifayət qədər yaşıl yem kütlsi mövcut olan otlaq şəraitində saxlanılırlar. Hal hazırda balaların vəziyyəti normaldır. Gündəlik baxış keçirilir və nəzarət edilir.

“Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işi davam edir.“Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işi davam edir.“Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işi davam edir.“Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işi davam edir.“Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işi davam edir.“Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işi davam edir.“Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işi davam edir.“Azərbaycana gətirilmiş yakların adaptasiyasının və bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı elmi tədqiqat işi davam edir.