FAO tərəfdaşlıq proqramı çərçivəsində "Heyvandarlıqda Genetik Resurslar" adlı seminar keçirilib.

FAO tərəfdaşlıq proqramı çərçivəsində "Heyvandarlıqda Genetik Resurslar" adlı seminar keçirilib.
FAO tərəfdaşlıq proqramı çərçivəsində 1-2 iyun 2023-cü il tarixdə Türkiyənin Ankara şəhərində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə "Heyvandarlıqda Genetik Resurslar" adlı seminar keçirilib.
Seminarda genetik analizlərlə hər bir ölkənin genetik verilənlər bazası "database" yaradılmasının vacib olduğu bildirlidi və bu bazanın fenotipik göstəricilərə əsasən yaradılması vurğulandı. Həmçinin seminarda heyvandarlığın inkişafı üçün və genefondun qorunub saxlanılması üçün "Genetik tədqiqatlar laboratoriyasının qurulmasının və bu laboratoriyada digər ölkələrin genetik verilənlər bazasının alınmasının vacibliyi vurğulandı.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətində KTN-nin "Heyvandarlığın təşkili və monitorinqi" şöbəsinin sektor müdiri Tərlan Əsgərov və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Genetik tədqiqatlar və embrion transferi" laboratoriyasının müdiri Rəşad Məhərrəmov iştirak edib.

FAO tərəfdaşlıq proqramı çərçivəsində "Heyvandarlıqda Genetik Resurslar" adlı seminar keçirilib.