Budapeştdə "Kiçik sahibkarlar arasında maldarlıq fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi" mövzusunda seminar keçirilib.

Budapeştdə "Kiçik sahibkarlar arasında maldarlıq fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi" mövzusunda seminar keçirilib.
1-2 dekabr 2022-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) Təşkilatı və Çexiya Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə 19 ölkədən 40-dan çox dövlət, özəl və ictimai sektor nümayəndəsinin, fermer və texniklərin, eləcə də dövlət rəsmilərinin iştirakı ilə "Kiçik sahibkarlar arasında maldarlıq fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi" mövzusunda seminar keçirilib.
Seminar zamanı Azərbaycan, Albaniya, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Monteneqro, Çexiya, Bosniya və Herseqovinadan olan iştirakçılar heyvandarlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, yeni texnologiyaların bu sektora tətbiqi, bu sahədə dayanıqlı inkişaf strategiyaları, sahibkarların bu sahəyə marağı, maldarlıq fəaliyyəti və s. mövzularda təqdimatlarla çıxış ediblər.
Daha sonra FAO-nun heyvandarlıq sahəsində həyata keçirdiyi və gələcəkdə icrasını nəzərdə tutduğu layihələr barədə seminar iştirakçılarına məlumat verilib.
Sonra seminarda iştirak edən qruplar arasında qrup işləri aparılıb.
Qeyd edək ki, seminarda ölkəmizi təmsil edən nümayəndə heyətində Kənd Təsərrüfatı Nazirliyinin "Heyvandarlığın təşkili və monitorinqi" şöbəsinin sektor müdiri Tərlən Əsgərov və nazirliyin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun ümumi işlər üzrə direktor müavini Fərid Dünyamalıyev iştirak edib.

Budapeştdə "Kiçik sahibkarlar arasında maldarlıq fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi" mövzusunda seminar keçirilib.Budapeştdə "Kiçik sahibkarlar arasında maldarlıq fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi" mövzusunda seminar keçirilib.Budapeştdə "Kiçik sahibkarlar arasında maldarlıq fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi" mövzusunda seminar keçirilib.Budapeştdə "Kiçik sahibkarlar arasında maldarlıq fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi" mövzusunda seminar keçirilib.Budapeştdə "Kiçik sahibkarlar arasında maldarlıq fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi" mövzusunda seminar keçirilib.