Gəncə şəhərində Kəlbəcər rayonundan olan, heyvandarlıq üzrə ixtisaslaşmış bir qrup fermerlər və aqrar sahə mütəxəssisləri ilə görüş keçirilib.

Gəncə şəhərində Kəlbəcər rayonundan olan, heyvandarlıq üzrə ixtisaslaşmış bir qrup fermerlər və aqrar sahə mütəxəssisləri ilə görüş keçirilib.
Gəncə şəhərində Kəlbəcər rayonundan olan, heyvandarlıq üzrə ixtisaslaşmış bir qrup fermerlər və aqrar sahə mütəxəssisləri ilə görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Təlim Mərkəzi Bərdə Regional Təlim Mərkəzinin təlimçiləri və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşı tərəfindən 01.07.2022-ci il tarixində saat 11:00-da Kəlbəcər DAİM-nin inzibati binasında iri və xırdabuynuzlu heyvandarlıq ilə məşğul olan fermerlərə və aqrar mütəxəssislərə təlim keçirilmişdir. Təlimdə Kəlbəcər rayonundan olan təsərrüfat sahibləri və Kəlbəcər DAİM-nin əməkdaşları iştirak etmişdir (14 nəfər). Müzakirələr zamanı görüş iştirakçılarını maraqlandıran məsələlərə müvafiq qaydada aydınlıq gətirilib, fermerlər tərəfindən verilən suallar geniş şəkildə cavablandırılıb və onlara lazımi tövsiyyələrin ətraflı şərhi verilib.
Mövzu: Heyvanların saxlanma şəraitinə dair tələblər, yem paylarının tərtibi, ət və süd məhsuldarlığına, eləcə də keyfiyyətin yüksəldilməsinə təsir edən amillər.
Heyvandarlıqda infeksion xəstəliklərə qarşı (dabaq, brusselyoz, nodulyar dermatit və s.) müalicə və profilaktika tədbirləri.
Təlimçilər:
1. Bərdə RTM-nin Təlimlərin təşkili şöbəsinin aparıcı mütəxəssisi - Məmmədov Süleyman Abbas oğlu.
2. Bərdə RTM-nin Təlimlərin təşkili şöbəsinin aparıcı mütəxəssisi - Ələsgərova Flora İsrəfil qızı.
3. Bərdə RTM-nin Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı zootexniki - Quliyev Yusif Sabir oğlu.
4. Heyvandarlıq ETİ-nun Elm şöbəsinin müdiri - Yasin Gözəlov.

Gəncə şəhərində Kəlbəcər rayonundan olan, heyvandarlıq üzrə ixtisaslaşmış bir qrup fermerlər və aqrar sahə mütəxəssisləri ilə görüş keçirilib.Gəncə şəhərində Kəlbəcər rayonundan olan, heyvandarlıq üzrə ixtisaslaşmış bir qrup fermerlər və aqrar sahə mütəxəssisləri ilə görüş keçirilib.