Nazirlər Kabineti qaydalara dəyişiklik edib.

Nazirlər Kabineti qaydalara dəyişiklik edib.
Nazirlər Kabineti “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edib. Bu qərara əsasən heyvanlara görə baytarlıq pasportunun alınması tələb olunmayacaq və hər heyvan üçün 20 manat dövlət rüsumu tutulmayacaq. Bu xərclərin azalması ətin maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bu faktorlar ətin satış qiymətlərinin sabit qalmasına təsir edə bilər.