HETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına təlim keçilib

HETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına təlim keçilib


Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi Akademik Həsən Əliyev adına Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşı, böyük elmi işçi Güləsər Qasımovaya Elm şöbəsinin müdiri Yasin Gözəlov tərəfindən “Heyvandarlıqda Elmi tədqiqat işlərinin aparılması qaydaları”na aid metodoloji təlim keçilib. Təlim proqramının gündəliyinə uyğun olaraq təlimin 1-ci günü üçün nəzərdə tutulan “Heyvandarlıqda aparılan elmi tədqiqat işlərinin istiqamətləri”, “Elmi tədqiqat işlərinin aparılma qaydaları” mövzuları üzrə geniş məlumat verilib. Eyni zamanda, institutda fəaliyyət göstərən “Yemləmə və yemlərin analizi laboratoriya”sında və “İri və xırdabuynuzlu heyvanların, quşların yetişdirilməsi laboratoriya”sında aparılan analizlərlə tanış olub.


HETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına təlim keçilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına təlim keçilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına təlim keçilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına təlim keçilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına təlim keçilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına təlim keçilib