Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə UTECA arasında memorandum imzalanıb.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə UTECA arasında memorandum imzalanıb.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə Azərbaycan Texnologiya Universiteti arasında görüş keçirilib. UTECA-da baş tutan işgüzar görüşdə hər iki müəssisənin rəhbərləri və müvafiq əməkdaşları iştirak edib.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev əməkdaşlıq çərçivəsində görülə biləcək işlərdən danışıb.
Müzakirələr zamanı mütəxəssis mübadiləsi, UTECA tələbələrinin ETİ-də müvafiq təcrübə imkanları, birgə laboratoriyanın qurulmasından, fermerlərin, eləcə də heyvandarlıq müəssisələrinin texnoloji tələblərindən və problemlərindən danışılıb.
Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bildirib ki, bütün sektorlarda olduğu kimi heyvandarlıq sahəsində də müasir və innovativ texnologiyalar öz sözünü deyir. Rektor universitetin “Qida mühəndisliyi” fakültəsinə qəbul göstəricinin son illər ərzində artan dinamikasını da əsas gətirərək qarşılıqlı əməkdaşlığın məhsuldar və perspektivli olacağına ümid etdiyini qeyd edib.
Görüşün sonunda Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə UTECA arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru, a.e.f.d., dosent Mahir Hacıyev və UTECA-nın rektoru, professor Akif Süleymanov imzalayıblar.
Daha sonra Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nümayəndə heyəti “Qida mühəndisliyi” fakültəsi və laboratoriyaları ilə tanış olublar.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə UTECA arasında memorandum imzalanıb.Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə UTECA arasında memorandum imzalanıb.Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə UTECA arasında memorandum imzalanıb.Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə UTECA arasında memorandum imzalanıb.