Qoyunlarda boğazlığın öncədən təyin edilməsinin əhəmiyyəti

Qoyunlarda boğazlığın öncədən təyin edilməsinin əhəmiyyəti
Qısırlığın qarşısını almaq üçün qoyunlarda boğazlığın öncədən təyin edilməsi mühüm rol oynayır. Cütləşmə mövsümü başlamamışdan əvvəl "Draminski"nin ultrason cihazı vasitəsilə qoyunlarda boğazlığın olub-olmaması yoxlanılır. Xəstə və qısır heyvanlar müəyyənləşdirilərək müalicə olunur. Sağalması mümkün olmayan, dölvermə qabiliyyətini itirmiş qoyunlar seçilib kökəldilərək ətlik məqsədilə satışa verilir. Sağlam və cütləşməyə hazır olan heyvanlar isə seçilir və 1:20 nisbətində seçilmiş qruplara qoç qatılaraq cütləşmə aparılır. Bununla da sürüdə sağlam qoyunların yetişdirilməsinə və bala vermə qabilliyyətinin yüksək olmasına nail olunur. Alınmış balalar sağlam doğulduğundan sürətlə böyüyərək yüksək çəki toplayır və məxsus olduqları cinsin potensial gücünü maksimal səviyyədə göstərə bilirlər.
Qeyd: 14 fevral 2022-ci il tarixdə HETİ-nin Yardımçı Təcrübə təsərrüfatında saxlanılan xırdabuynuzlu heyvanların boğazlığı müayinə olundu. Əlavə olaraq təsərrüfat sahiblərinə bildiririk ki, yuxarıda adı göstərilən xidmət institutun mütəxəssisləri tərəfidən aparılır. Xidmətdən yararlanmaq istəyənlər instituta müraciət edə bilərlər.

Qoyunlarda boğazlığın öncədən təyin edilməsinin əhəmiyyətiQoyunlarda boğazlığın öncədən təyin edilməsinin əhəmiyyətiQoyunlarda boğazlığın öncədən təyin edilməsinin əhəmiyyəti