"İribuynuzlu heyvanlarda Embrion transferinin əhəmiyyəti" mövzusunda seminar keçiriləcək

"İribuynuzlu heyvanlarda Embrion transferinin əhəmiyyəti" mövzusunda seminar keçiriləcək
24 fevral 2022-ci il tarixdə saat 11:00-da Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun İnzibati binasında "İribuynuzlu heyvanlarda Embrion transferinin əhəmiyyəti" mövzusunda seminar keçiriləcəkdir.Seminarda yerli mütəxəssislərlə yanaşı Belarus Respublikasından dəvət olunmuş Qrodno Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı heyvanlarının çoxaldılması üzrə sənaye biotexnologiya laboratoriyasının müdiri, kənd təsərrüfatı elmləri namizədi, dosent Aleksandr Deşko Stanislavoviç öz təcrübələrini iştirakçılarla bölüşəcəkdir. Seminar da iştirak etmək istəyən şəxslər hetiaz1930@gmail.com ünvanına şəxsi məlumatlarını (ad,soyad,təmsil olunduğu qurum və vəzifəsi,əlaqə telefonu) qeyd edərək qeydiyyatdan keçə bilərlər.