HETİ-də orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.

HETİ-də orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Rusiya Federasiyasının "İnter Bolt Service" şirkəti arasında bağlanmış elmi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində institutda orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilmişdir. Kompost üçün materialların seçilməsi, reagentlərdən istifadə etməklə konservləşdirilmənin aparılması, yetişdirilmiş məhsulun tərkib komponentlərinin elmi araşdırılması, laborator analizi və hazır məhsulun istifadəsi zamanı əkin sahələrində torpaq tərkibinin zənginləşdirilməsinə və bitkilərin inkişafına təsirinin öyrənilməsi üçün aparılan sınaq işləri uğurla davam edir.
Kompostun tərkibi dəyərli mikroflora ilə çox zəngindir. Tərkibindəki bütün qidalı maddələr (üzvü birləşmələr və minerallar) bitkilərin asan və daha tez mənimsəyə biləcəyi hala gəlir. Bitkilərdə yaranan xəstəliklərin qarşısını alır, məhsul artımına əhəmiyyətli dərəcədə təsir edir.
Orqanik-mineral gübrənin torpağa və bitkilərə müsbət təsiri:
- Torpağın humus tərkibini zənginləşdirməklə onun məhsuldarlığını yüksəldir;
- Torpağın bioaktivliyini və humifikasiya prosesini yaxşılaşdırır;
- Torpağın mikflorasını aktivləşdirir;
- Torpağın su balansını və strukturunu yaxşılaşdırır;
- Ağır metallar və radionukleidləri əlaqələndirir;
- Torpağın özünübərpa prosesini sürətləndirir;
- Torpağın təkrar kultivasiya edilməsi üçün preparat kimi istifadə edilir;
- Bitkilərdə qidall maddələrin sovrulmasını yaxşılaşdırır;
- Maddələr mübadiləsini və fotosintezi sürətləndirir;
- Bitkilərin immun sistemini möhkəmləndirir;
- Kök sisteminin inkişafını gücləndirir;
- Fitoleksinlərin ifrazını stimullaşdırır;
- Bitki mənşəli məhsulların satış dəyərini yüksəldir.
Bütün bunlarla yanaşı orqanik-mieral gübrələr heyvan mənşəli tullantıların utilizasiya prosesində, bioloji aktiv yem əlavələrinə qatılmaqla heyvanlarda biostimullaşdırıcı kimi və s. sahələrdə geniş tətbiq edilir.

HETİ-də orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.HETİ-də orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.HETİ-də orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.HETİ-də orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.HETİ-də orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.HETİ-də orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.HETİ-də orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.