Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları "Arıçılıq" Mərkəzinə səfər edib.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları "Arıçılıq" Mərkəzinə səfər edib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov və həmin şöbənin sektor müdiri Tərlan Əsgərov "Arıçılıq" Mərkəzində olub.
Mərkəzin işi ilə tanış olan qonaqlar arıçılıq təsərrüfatında arı ailələrinin ümumi vəziyyəti, arıların yem təminatının təşkilində becərilən bitki sahələri, balın analizi və süni mayalandırma laboratoriyaları ilə yaxından tanış olmuşlar. Görüşdə yerli cins arıların genetik tərkibinin yaxşılaşdırılması, yerli və xarici cins arı ailələrinin damazlıq təsərrüfatının qurulması, yeni hibrid, populyasiya və cinslərin yaradılması, mərkəzdə damazlıq və ana arı yetişdiriciliyinin təşkili, respublikada damazlıq və ana arı yetişdirmə sertifikatlarının müəyyənləşdirilməsi istiqamətində müvafiq təlimatların işlənməsi və digər məsələlər barəsində geniş müzakirələr aparılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları "Arıçılıq" Mərkəzinə səfər edib.Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları "Arıçılıq" Mərkəzinə səfər edib.Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları "Arıçılıq" Mərkəzinə səfər edib.