Akademik Eyyub Bəşirovun ailə üzvləri (oğulları) Yaşar Bəşirov və Xanlar Bəşirov institutu ziyarət ediblər.

Akademik Eyyub Bəşirovun ailə üzvləri (oğulları) Yaşar Bəşirov və Xanlar Bəşirov institutu ziyarət ediblər.
Heyavandarlıq Elmi Tədqiqat İnstitutunun yaradılmasının 90 illik yubileyi ərəfəsində bioloq-alim, akademik Eyyub Bəşirovun ailə üzvləri (oğulları) Yaşar Bəşirov və Xanlar Bəşirov institutu ziyarət ediblər. Qonaqlara institutda yeni yaradılan şəraitlə,müasir laboratoriyalar və təsərrüfatlar haqqında geniş məlumat verilmişdir.
Xatırladaq ki, Yaşar Bəşirov Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya və Avropa çempionu, əməkdar idman ustası, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Milli Olimpiya Komitəsinin üzvü, 8-ci dan qara kəmər sahibi eyni zamanda biologiya elmləri namizədi, Xanlar Bəşirov isə Azərbaycanın əməkdar artisti, Xəzər Universiteti Musiqi və İncəsənət Departamentinin müəllimi, Xəzər universitetinin oğlanlardan ibarət rəqs ansamblının bədii rəhbəridir.

Akademik Eyyub Bəşirovun ailə üzvləri (oğulları) Yaşar Bəşirov və Xanlar Bəşirov institutu ziyarət ediblər.