"Müasir dünyada Rusiya elmi" adlı 38-ci Beynəlxalq elmi-praktiki konfrans

Rusiya Federasiyası aktuallıq elmi nəşriyyat mərkəzi, Penza Dövlət Universiteti və Moskva Dövlət Universiteti tərəfindən təşkil olunmuş "Müasir dünyada Rusiya elmi" adlı 38-ci Beynəlxalq elmi-praktiki konfransında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları iştirak edib. Konfransda HETİ-nin "Baramaçılıq" laboratoriyasının əməkdaşları Musayeva Səfa Rza qızı və Hüseynova Rasimə Rasim qızı "Müalicəvi preaparatların tut ipəkqurdunun pebrin xəstəliyinə təsiri" adlı mövzu ilə çıxış ediblər.
Sonda təqdim olunan işlər təşkilat komitəsi tərəfindən qiymətləndirilərək Diplomla təltif olunub.

"Müasir dünyada Rusiya elmi" adlı 38-ci Beynəlxalq elmi-praktiki konfrans