"Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə" adlı təlim proqramına start verilib.

"Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə" adlı təlim proqramına start verilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (Türkiye Cumhuriyeti Tarım ve Orman Bakanlığı) birgə təşkilatçılığı ilə "Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə" adlı təlim proqramına start verilib. Təlim proqramı 2-8 iyun 2021-ci il tarixlərini əhatə edəcək və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda icra ediləcək.
Təlim proqramının əsas məqsədi Qarabağ bölgəsində heyvandarlığı inkişaf etdirmək, Türkiyənin süni mayalanma, qulluq və bəslənmə sahəsində sahib olduğu təcrübələri ortaq maraqlar çərçivəsində Azərbaycanlı mütəxəssislərə, xüsusən də Qarabağ bölgəsindən olan mütəxəssislərə ötürmək, qarşılıqlı bilik və təcrübə mübadiləsi həyata keçirməkdir. Təlim proqamı nəzəri biliklərin öyrədilməsi ilə yanaşı, praktiki təcrübələri və tətbiqetmələri də ehtiva edir.
Qeyd edək ki, təlim proqramı ərzində keçiləcək təlimlər Türkiydən dəvət olunmuş mütəxəssislər - Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Şöbəsinin Təkmilləşdirmə və İnkişaf idarəsinin əməkdaşları Dr. Melik Aytac, Hakan Ülgey, Alirza Akıncı və Türkiyə Respublikası Səlcuk Universitetinin Baytarlıq Şöbəsinin əməkdaşı prof. dr. Mehmet Bozkurt Ataman - tərəfindən keçiləcək.
Təlim proqramında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaları ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər və Laçından olan mütəxəssislər də iştirak edəcək.

"Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə" adlı təlim proqramına start verilib."Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə" adlı təlim proqramına start verilib."Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə" adlı təlim proqramına start verilib."Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə" adlı təlim proqramına start verilib."Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə" adlı təlim proqramına start verilib."Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə" adlı təlim proqramına start verilib.