Rumıniya Heyvan Elmləri İnstitutunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.

14.04.2021-ci il tarixində Rumıniya Heyvan Elmləri İnstitutunun təşkilatçılığı ilə Rumıniya Yemləmə Sənayesinin "BİRLİKDƏ SABAHA DOĞRU - YENİ BAŞLAYAN ONİLLİK ÜÇÜN DAVAMLILIĞIN MÖHKƏMLƏNDİRİLMƏSİ - VIII ƏNƏNƏVİ KONFRANS"ı keçirilib. Konfransda yemləmənin və yem bazasının heyvandarlıqda əhəmiyyəti, müasir yemləmə üsulları, innovativ üsulların yemləmə sənayesində tətbiq edilməsi, mövcud problemlər, yeni başlayan onillik üçün proqnozlar, gələcək perspektivlər və s. mövzular geniş müzakirə edilib. Qeyd edək ki, konfransda Heyvanadrlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.f.d., dosent Mahir Hacıyev və institutun "İnformasiya Təminatı və elmi nəticələrin tətbiqi" şöbəsinin müdiri Aytən Əliyeva da iştirak edib.

Rumıniya Heyvan Elmləri İnstitutunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.