Rəngi qara olan-Ayam cemani

Ayam cemani İndoneziyada yaranan (Ayam cemani) nadir dekorativ cinsdir. Qeyri-adi rəngi dominant mutasiya ilə bağlıdır, bu isə fibromelanoz – melanositlərin miqdarının ümumi normadan artıq artması kimi tanınır, bu öz növbəsində cəmdəyin bütün örtüklərində, əzələlərində, daxili orqanlarında və sümüklərdə olur. Bu səbəbdən, toyuqlar yanlız daxildən deyil, həm də xaricdən qara olsalar belə qan və yumurta qabıqlarının rəngləri adi toyuqlardaki kimi melaninlə əlaqəli deyil.
Ayam cemani, birbaşa yaşıl erkək cəngəllik və dişi bankiv cəngəllik toyuqları və ya dişi ev toyuqlarının çarpazlaşdırılmasından yaranan ayam bekisar hibridinin nəslindəndir. Əsasən İndoneziyanın Mərkəzi Yava əyalətinin Temanqunq bölgəsindəki Kedu rayonunun, Bedji və Kaxuripan kəndlərində yetiştirilən qara toyuq ayam kedu, onun birbaşa əcdadı sayılır. Bu və ya buna bənzər cins Holland müstəmləkə köçkünləri tərəfindən təsvir edilib. Kedu toyuqları qara rəngdən ağ rəngə qədər ən azı üç çeşiddə mövcuddur: cemaninin daxil olduğu keduxitam (qara kedu), kedu putix (ağ kedu) və kedu brilik (kedu lurik).Rəngi qara olan-Ayam cemani
Avropaya ilk dəfə 1998-ci ildə Hollandiyalı seliksioner Yan Steverink tərəfindən gətirilib. Avropada bu quşun populyasiyası çox azdır. Hazırda bu quşlara ABŞ, Hollandiya, Almaniya, Slovakiya, Belarusiya, Ukrayna və Çexiyada rast gəlmək mümkündür. Kedu çemani ayam cemaninin tamamilə qara olan digər növüdür.
Quşun yaşıl və qara lələyi, qara ayaqları, caynaqları, dimdiyi, dili, dərisi, yayı və saqqalı, göz bəbəyi, əti, sümüyü və daxili orqanları var. Xoruzların orta çəkisi 2-3,2 kq, toyuqların çəkisi 1,6-2 kq təşkil edir. Toyuqlar, orta hesabla 45 qr çəkisi olan çəhrayı tonda krem və ya qaraya bənzər rəngli yumurta verirlər. İllik yumurta məhsuldarlığı 150 ədəd olur.
Bu cins o qədər bənzərsiz və nadirdir ki, İndoneziyanın özündə cücənin qiyməti təxminən 200 dollar, xaricdə isə bir neçə minə çatır. Belə ki, ABŞ-da həmin quş 2500 dollara satıla bilər.
Uppsala Universitetindən olan isveçli genetik Leyf Anderssonun rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar EDN3 geni piqment istehsal edən hüceyrələrin fəaliyyətini tənzimləyən fenomeni təsbit ediblər. Məlum olmayan səbəblərə görə, bu genin ayam cemanidəki fəaliyyəti normaldan 10 qat daha aktivdir, və bu da toyuqlarda qandan başqa hər şeyi qara rəngə boyayır.
İndoneziyada quşlar yerli istehlak üçün yumurta və ət istehsalında istifadə olunur. Bununla yanaşı, onlar qan dövranı və tənəffüs orqanlarının müalicəsi də daxil olmaqla dini mərasimlərdə və xalq təbabətində istifadə olunur. Bu toyuqlar uğursuzluqdan xilas olmaq üçün qurban verilir. Tailandda cinsin mistik gücə sahib olduğu düşünülür. Bali adasında ayam cemani xoruz döyüşündə istifadə olunur.
Ayam cemani, quşçuluq sahəsində maraq yaradan İndoneziya cinslərindən biridir. Yerli cinslər tropik iqlimə daha çox uyğun, xəstəliklərə isə daha az həssasdır (xüsusi ilə Ayam cemani quş qripinə yüksək dərəcədə davamlıdır). Ətləri və yumurtaları xüsusi dada görə qiymətləndirilir və istehsalları daha ucuz başa gəlir.
Bu cins yavaş böyüyən cinslərə aiddir. Böyümə dövrünün uzanması ətdəki kimyəvi maddələrin konsentrasiyasına təsir göstərərək məhsulun daha cəlbedici qoxusunun və dadının olmağına səbəb olur [18]. Ayam cemani cücələrinin əti zülalla zəngin və az yağdan ibarətdir, nadirliyə və özünəməxsusluğa dəyər verənlər tərəfindən tələb oluna bilər. Məsələn, ABŞ-da qara dərili toyuqlar qeyri-adi görünüşlərinə görə çox məşhurdurlar və onlara pərakəndə mağazalarda tez-tez rast gəlinir. İnkişaf etmiş ölkələrdə (Almaniya, Fransa) gec böyüyən toyuqların istehsalı bazarın 10-40 % - nı təşkil edir və bu cür məhsulun məşhurluğu durmadan artır.
Avropada Ayam cemani cinsi dekorativ quş hesab olunur.
Rəngi qara olan-Ayam cemani