Rəngli yumurta verən toyuqlar-Araukana cinsi

Az bir adam bilir ki, seleksiyaçıların səyi nəticəsində elə bir toyuq cinsləri alınmışdır ki, müxtəlif rənglərdə yumurta verirlər. Biz həmişə qarşımıza iki rəngdə olan ağ və qəhvəyi yumurtalar görürük. İş ondadır ki, yumurta qabığı 95-98% kalsium karbonatdan ibarətdir, buna əsasən də yumurta ağ rəngdə olur, yumurtanın qəhvəyi rəngdə olmağı yumurta borusunda protoporfirin fermentinin ifrazı nəticəsində əmələ gəlir.Alimlər belə qeyri-adi bir boyanın görünməsinin birbaşa toyuq orqanizmində xüsusi fermentlərin mövcudluğundan və bir-birləri ilə qarşılıqlı təsirlərinin xüsusiyyətlərindən asılı olduğunu aşkar etdilər.
Rəngli yumurta verən toyuqlar-Araukana cinsi
Məsələn, retrovirusun genomunda yerləşmiş DNT zəncirində öd turşusu olan biliverdin sintezini tənzimləyir və miqdarına görə yumurta mavi, bənövşəyi və boz çalarlarla rənglənə bilər. Dişilərin orqanizmində biliverdindən başqa əlavə olaraq protoporfirin varsa, zeytun rəngli bir qabıq əldə edilir.Şəffaf mavi rəngdə yumurtalar dalaqla ifraz olunan bilurbinin təsiri nəticəsində əmələ gəlir.Yumurtanın rənginin dolğunluğu və parlaqlığı ilin fəsillərindən asılıdır belə ki, havanın isti vaxtlarında yumurtanın rəngi parlaq olur, soyuq vaxtları isə daha zəif.


ARAKUANA
Rəngli yumurta verən toyuqlar haqqında ilk məlumatlar Xristofor Koluumbun Amerikanı kəşf etdiyi dövrə təsadüf etdir, Avropada isə bunlar haqqında 1920-ci ildən sonra məlumatlara rast gəlinir. Bu Araukana cinsidir, öz adını hindi qəbiləsində tapıldıqdan sonra adlanıb. Rəngli yumurta verən toyuqlar-Araukana cinsiCinsin numayəndələri olduqca kiçik ölçülü və aşağı çəki ilə xarakterizə olunur: belə ki, xoruzları 2,5 kq, fərələri isə 2 kq canlı kütləyə malik olurlar. Bu cinsin quyruğu olmur, bunun səbəbi bir neçə quyruq fəqərələrinin olmamasıdır. Ancaq saqqal, kəkil və qotazları olur. Cinsin bir xüsusiyyətlərindən biridə baş nahiyəsində dimdiyin ətraflarında – qəşəng bakenbardları olur. Toyuğun gövdəsi yuvarlaq bir formaya malikdir, beli uzunsov, çiyin nahiyəsi yaxşı inkişaf etmiş olur, qarın və bel bölgəsi aydın şəkildə müəyyən edilir.Cinsi yetişkənliyinə 180 günlüyündə çatır. Bu cinsi əsasən dekorativ cinslərə aid edirlər. Toyuqların məhsuldarlığı 1 il ərzində 170-180 yumurtadır. Hava şəraitindən asılı olaraq yumurtaların rəngi mavi, yaşıl və firuzə rəng çaları olur. Belə quşların yetişdirilməsində çətinliklər olur, büzdüm sümüyünün olmadığı halda, cütləşmədə xoruzlar və fərələr cinsiyyət orqanlarının ətrafında lələkləri aralıya bilmirlər onda isə yetişdiricilər müxtəlif hiyləgərliklərə əl atırlar.