Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Mikrobiologiya İnstitutu əlaqələrini genişləndirir.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Mikrobiologiya İnstitutu əlaqələrini genişləndirir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə AMEA-nın Mikrobiologiya İnstitutu arasında qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və görüləcək işlərin müzakirəsini nəzərdə tutan onlayn iclas keçirilib. İclasda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, elmi işlər üzrə direktor müavini Aidə Əsgərova, "İnformasiya təminatı və elmi nəticələrin tətbiqi" şöbəsinin müdiri Aytən Əliyeva, laboratoriya müdirləri Yasin Gözəlov, Zöhrab Süleymanov, Yasin Aslanov, Abşeron Heyvandarlıq Təcrübə stansiyasının direktoru Şahmar Məmmədov, AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov, Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri Könül Baxşəliyeva iştirak edib.

İclasda hər iki elmi müəssisənin hal-hazırda apardığı elmi-tədqiqat işləri, onların nəticələri, əməkdaşlığın gələcək istiqamətləri və digər mövzular müzakirə edilib. İclasın sonunda tərəflər işçi qrupun yaradılması, birgə tədqiqat layihəsinin hazırlanması və əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılığa gəliblər.

Daha ətraflı linkə keçid edərək oxuya bilərsiniz.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Mikrobiologiya İnstitutu əlaqələrini genişləndirir.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Mikrobiologiya İnstitutu əlaqələrini genişləndirir.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Mikrobiologiya İnstitutu əlaqələrini genişləndirir.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Mikrobiologiya İnstitutu əlaqələrini genişləndirir.