Beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq elmi konfrans keçirilib.
3 mart 2021-ci il tarixində Belarusiya Dövlət Aqrar-Texniki Universitetinin Aqro-Sənaye Kompleksinin Təkmilləşdirilmiş Tədqiqatlar və Yenidən Hazırlanma İnstitutunun təşkilatçılığı ilə “Heyvandarlıqda müasir aspektlər: mövcud vəziyyət, problemlər və həll yolları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

“Zoom” platforması vasitəs ilə baş tutan konfransda Primorsk Dövlət Kənd Təsərrüfatı Akademiyasının, Belqrad Dövlət Aqrar Universitetinin (Aqrobiznes İşçilərinin Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu), Rusiya Heyvandarlıqda İdarəetmə Akademiyasının, Qazaxıstan Respublikasının Heyvandarlıq Məhsullarının İstehsalı və Emalı Departamentinin, Qazaxıstan Respublikasının “Milli Aqrar Elm-Təhsil Mərkəzi” QSC-nin, Tomsk Kənd Təsərrüfatı İnstitutu – Novosibirsk Dövlət Aqrar Universitetinin Federal Dövlət Büdcə Təhsil Təşkilatının filialının əməkdaşları məruzələrlə çıxış ediblər.
Konfransda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, elmi işlər üzrə üzrə direktor müavini Aidə Əsgərova, Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşları Şahmar Məmmədov və Talıb Sadıqov, həmçinin HETİ-nin “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbəsinin müdiri Aytən Əliyeva da iştirak ediblər.


Beynəlxalq elmi konfrans keçirilib.Beynəlxalq elmi konfrans keçirilib.Beynəlxalq elmi konfrans keçirilib.Beynəlxalq elmi konfrans keçirilib.Beynəlxalq elmi konfrans keçirilib.Beynəlxalq elmi konfrans keçirilib.Beynəlxalq elmi konfrans keçirilib.