Cənubi Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində növbəti görüş baş tutub

20.02.2024-cü il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətləri ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” çərçivəsində növbəti görüş baş tutub. Görüşdə çıxış edən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev 11-14 dekabr tarixlərində şirkət əməkdaşları və texnikləri tərəfindən qurulan avadanlıqların fəaliyyəti haqqında danışıb, həmçinin aprel ayında gətirilməsi nəzərdə tutulan yeni avadanlıqların vacibliyini vurğulayıb. Daha sonra çıxış edən Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Bakı nümayəndəsi, İNPRO, WHYBIZ, ENEY şirkətlərinin rəhbərləri əməkdaşlıqdan məmnunluqlarını dilə gətiriblər. Görüşdə layihələrin həmçinin Respublika ərazisində digər regionlarda da həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, cari ilin aprel ayından başlayaraq Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə mütəmadi görüşlər keçirilib. 19.09.2023-cü il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” mövzusunda sınaq layihəsinin təqdimatı baş tutub. 11-14 dekabr tarixlərində isə şirkət əməkdaşları və texnikləri tərəfindən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun (HETİ) yeni istifadəyə veriləcək olan “İribuynuzlu heyvandarlıq” kompleksində nəzarət kameralarının, habelə sistem nəzarətini həyata keçirmək üçün lazım olan avadanlıqların qurulmasının ilkin mərhələsi baş tutub.
Qeyd edək ki, qurulan sistem ilə məsafədən kompleksə və kompleksdə saxlanılacaq heyvanlara nəzarət olunur.


Cənubi Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində növbəti görüş baş tutubCənubi Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində növbəti görüş baş tutubCənubi Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində növbəti görüş baş tutub