"Regional Tərəfdaşların İnkişafı" layihəsi çərçivəsində onlayn görüş baş tutub

Fevralın 16-sı "Regional Tərəfdaşların İnkişafı" layihəsi çərçivəsində müxtəlif bölgələrimizdə arıçılıq sahəsində fəaliyyət göstərən Marsol Region partnyorları və sahibkarlarla onlayn görüş baş tutub.
Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov, Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Orxan Gülalıyev, Dövlət Məşğulluq Agentliyinin layihələr şöbəsinin müdiri Taleh Hüseynli və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı xidmətinin meşəfondundan istifadə şöbəsinin məsləhətçisi Yasin Canəliyev, HETİ-nin "Arıçılıq Mərkəzi" nin müdiri Samir Mahmudovda iştirak edib.
Görüş çərçivəsində arıçılıq tәsәrrüfatlarının səmərəli fəaliyyət göstərə bilməsi üçün dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, arıçılıqda zəruri inkişafın təmin edilməsi və gəlirli sahəyə çevrilməsi istiqamətində müzakirələr aparılıb. Dövlət-sahibkar əməkdaşlığının arıçılığın inkişafına töhfələri vurğulanıb.
Bununla yanaşı dövlət qurumları tərəfindən arıçılıq fəaliyyəti üçün nəzərdə tutulan yeni layihələr haqqında məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.


"Regional Tərəfdaşların İnkişafı" layihəsi çərçivəsində onlayn görüş baş tutub"Regional Tərəfdaşların İnkişafı" layihəsi çərçivəsində onlayn görüş baş tutub"Regional Tərəfdaşların İnkişafı" layihəsi çərçivəsində onlayn görüş baş tutub