HETİ əməkdaşlarının müəllifi olduğu kitab "Globe Edit" beynəlxalq nəşriyyatında çap olunub

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Elm" şöbəsinin müdiri Yasin Gözəlov və “Yemləmə və yemlərin analizi" laboratoriyasının elmi işçisi Yusif Əbdüləzimovun müəllifləri olduğu "Heyvandarlıqda Qarabağ bölgəsinin imkanlarının araşdırılması” adlı kitabları "Globe Edit" beynəlxalq nəşriyyatında çap olunmuşdur. Kitabda heyvandarlığın müxtəlif sahələri və Qarabağ bölgəsində heyvandarlığın inkişaf etdirilməsi imkanları haqqında geniş məllumat verilmiş, həmçinin ayrı-ayrı cinslərin xarakteristikası, bioloji təssərrüfat xüsusiyyətləri qeyd edilmişdir. Kitab Qarabağ bölgəsində heyvandarlıqla məşğul olan və olmaq istəyən fermer və sahibkarlar üçün nəzərdə tutulur. Kitabdan mütəxəssislər, tələbələr, magistrlar və doktorantlar da istifadə edə bilər.


HETİ əməkdaşlarının müəllifi olduğu kitab "Globe Edit" beynəlxalq nəşriyyatında çap olunub