HETİ-də masterklass keçirilib

25.01.2024 tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) institutun “Arıçılıq Mərkəzi” və "Peşəkar Arıçılar Birliyi"nin dəstəyi ilə Türkiyə Respublikasının Kahramanmaraş Sütçü İmam Universitetinin Ziraat fakültəsinin professoru Halil Yeninar tərəfindən “Arı xəstəlikləri və zərərvericiləri, arı ailələrinin qışa hazırlığı və qışlamanın düzgün idarə edilməsi ilə arıların fizioloji bağlığı” mövzusunda masterklass keçirilib. Tədbiri giriş sözü ilə açan HETİ-nin direktoru Mahir Hacıyev tədbir iştirakçılarına uğurlar arzu edib, ölkəmizdə arıçılıq sahəsində bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. Tədbirdə ölkəmizin bir çox zonasından arıçılıq təsərrüfatı ilə məşğul olan fermerlər iştirak edib. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.


HETİ-də masterklass keçirilibHETİ-də masterklass keçirilibHETİ-də masterklass keçirilibHETİ-də masterklass keçirilibHETİ-də masterklass keçirilibHETİ-də masterklass keçirilibHETİ-də masterklass keçirilibHETİ-də masterklass keçirilib