Sakız (Saqqız) qoyun cinsi haqqında bilmədikləriniz

Sakız (Saqqız) qoyun cinsi haqqında bilmədikləriniz
Sakız (Saqqız) qoyun cinsi
Əsas xüsusiyyətləri: Bu qoyun cinsi südlük və damazlıq istiqamətlidir. Yayılma arealı Türkiyənin Çeşmə, İzmir, Aydın, Marmar və Ege sahilləri bölgəsidir. Əsas xüsusiyyətləri: Bədən quruluşları dar və hündür, ayaqları uzundur. Rəngləri ağdır, burunun ucu, göz, ağız, qulaq və ayaqlarda qara ləkələr var. Baş, ayaqlar və qarının alt hissəsi yunsuzdur. Yunu qaba və qarışıqdır. Erkəklər güclü, spiral şəkilli buynuza sahibdir, dişilər isə buynuzsuzdur. Quyruğun kök hissəsi az yağlı, üçbucaq formalıdır, ucu isə yağsız, nazik və uzundur. Məmə forması bol süd məhsuldarlığına uyğunlaşmış, geniş və iri şəkillidir.
Səciyyəvi xüsusiyyətləri: Tez yetişən cinsdir. Döl və süd məhsuldarlığı yüksəkdir. Mühitə adaptasiya qabiliyyəti zəifdir. Əti ləzzətlidir. Sürüyə adaptasiya qabiliyyəti zəifdir.
Saxlanma şəraiti: Bu cins ailə təsərrüfatlarında 3-5 başlıq sürülər şəklində saxlanılır. Orta hesabla 180-200, yaxşı qidalanma zamanı isə 500 kq və ya daha çox süd verirlər. Yüksək süd və döl vermə qabiliyyətinə malik olduqlarından döl kompaniyası vaxtlarında əlavə yemlə yemləndirilirlər.
Bədən ölçüləri və məhsuldarlıq göstəriciləri:
Cidov hündürlüyü: erkəklərdə - 75, dişilərdə - 73 sm;
Bədən uzunluğu: erkəklərdə - 75, dişilərdə - 72 sm;
Doğulan quzuların canlı kütləsi: erkək quzularda - 3,2, dişi quzularda - 3,0 kq;
Yetkin fərdlərin canlı kütləsi: erkəklərdə - 70, dişilərdə - 50 kq;
Gündəlik çəki artımı: 242 q;
Bir laktasiya ərzində süd məhsuldarlığı: 180-200 kq;
Laktasiya müddəti: 190 gün;
Yun məhsuldarlığı: 2,0 kq;
Damazlıq yaşı: 8-9 ay;
Dölvermə qabiliyyəti: 2.

Sakız (Saqqız) qoyun cinsi haqqında bilmədiklərinizSakız (Saqqız) qoyun cinsi haqqında bilmədiklərinizSakız (Saqqız) qoyun cinsi haqqında bilmədikləriniz