“Ərzaq təhlükəsizliyini təmin etmək üçün heyvandarlıq məhsullarının istehsalının və heyvandarlığın inkişaf etdirilməsi” mövzusunda təlim kursu.

“Ərzaq təhlükəsizliyini təmin etmək üçün heyvandarlıq məhsullarının istehsalının və heyvandarlığın inkişaf etdirilməsi” mövzusunda təlim kursu.
İslam Ölkələri Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi (SERSIC), Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Potensialının Gücləndirilməsi Proqramı (Agri-CaB) çərçivəsində Malayziya Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Baytarlıq Xidmətləri Departamenti (DVS) ilə birlikdə 19-21 May 2021-ci il tarixlərində onlayn video konfrans platforması vasitəsi ilə “Ərzaq təhlükəsizliyini təmin etmək üçün heyvandarlıq məhsullarının istehsalının və heyvandarlığın inkişaf etdirilməsi” mövzusunda təlim kursu keçirəcəkdir.
Təlim kursu, İslam Əməkdaşlıq Təşkilatının (OIC) üzv dövlətlərinin müvafiq milli qurumlarından olan iştirakçıları heyvandarlıqda yüksək təcrübələr əldə etmək, sertifikatlaşdırma, ət müayinəsi və audit prosesləri daxil olmaqla heyvandarlıq idarəçiliyi üzrə texniki imkanlarını gücləndirmək üçün bir araya gətirməyi hədəfləyir.
Təlim kursunda əhatə olunacaq mövzular aşağıdakılardır:
- Heyvan mənşəli qida istehsalı;
- Faydalı Heyvandarlıq Tətbiqləri (GAHP) və MyGap sertifikatı;
- Ətin müayinəsi;
- Baytarlıq Sağlamlığı Dərəcəsi (qiymətləndirilməsi) (VHM) Malayziya Sertifikasiya və Yoxlama Prosesləri.
Bu təlim kursu, Mərkəzin təlim fəaliyyətlərinə daha yaxşı xidmət göstərmək və COVID-19 pandemiyası səbəbindən qlobal böhranın bu çətin dövründə iştirakçıları həvəsləndirmək və məşğulluqlarını təmin etmək üçün İslam Ölkələri Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SERSIC) həyata keçirdiyi virtual həllər istiqamətində aparılacaqdır.
Qeyd edək ki, təlim kursunda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “İnformasiya təminatı və elmi-nəticələrin tətbiqi” şöbəsinin müdiri Aytən Əliyeva da iştirak edəcək.