"Arıçılıqda yaz işi" adlı təlim keçirilib.

"Arıçılıqda yaz işi" adlı təlim keçirilib.
Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşı Fariz Salmanov tərəfindən “Arıçılıqda yaz işi” adlı təlim keçirilib. Təlimdə 50-dən çox fermer, sahibkar, DAİM nümayəndələri iştirak edib. Təlim bitdikdən sonra iştirakçıların sualları cavablandırılıb, mərkəz tərəfindən hazırlanmış informasiya materiallarının elektron variantları iştirakçılara göndərilib.
Qeyd edək ki, 2018-ci ildən start götürmüş informasiya məsləhət xidmətinin göstərilməsi çərçivəsində bu günədək Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən heyvandarlığın müxtəlif sahələrinə aid 300-dən artıq təlim keçirilib.

"Arıçılıqda yaz işi" adlı təlim keçirilib."Arıçılıqda yaz işi" adlı təlim keçirilib."Arıçılıqda yaz işi" adlı təlim keçirilib.