Arıçılıq təsərrüfatına səfər

Arıçılıq təsərrüfatına səfər
Tərtər rayonu ərazisində arı ailələrində baş vermiş kütləvi ölümlərlə əlaqədar müvafiq araşdırmaların aparılması üçün Tərtər rayon DAİM-dən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinə müraciət daxil olub.
Müraciət əsasında “Arıçılıq” Mərkəzinin mütəxəssislərindən ibarət ekspertiza qrupu yaradılaraq Tərtər rayonuna ezam edilib.
Ekspertiza qrupunun arı ailələrinə baxışı zamanı arıların kütləvi şəkildə məhv olmasına Tərtər rayonunda müharibə şəraitində mövcud olan mənfi halların səbəb olduğu müəyyən edilib. Belə ki, ekoloji amillərin (atmosferə buraxılan kimyəvi maddələr, qazlar və s. səs dəyişkənliyi, elektromaqnit dalğalar) mənfi təsirindən arılarda durğunluq yaranıb. Ətraf mühitdə 108-120 m dalğa uzunluğu, 24-400 Hs diapazonunda səs olduqda ana arıların fəaliyyəti dayanır, ultrabənövşəyi dalğaların təsirindən erkək arılarda spermatogoniya və digər orqanizm fəaliyyətləri pozulur. Bütün bu amillərin toplusu stress vəziyyəti yaradaraq arı ailələrinə mənfi təsir göstərir və arı ailəsini mövcud vəziyyətə gətirib çıxarır.
Kliniki əlamətlərinə görə varroatoz və nozematoza olması şübhəli bilinən arı cəsədlərinin diaqnostikası məqsədi ilə arıxanadan patoloji nümunələr götürülüb.
Sonda arıxana sahiblərinə tövsiyə olundu ki, profilaktika və mübarizə tədbirləri qış dövründən yaza keçid vaxtınadək aparılsın və həmin dövrdə arıxanalar kliniki müayinələrdən keçirilsin. Zərurət yarandığı halda laborator diaqnostik müayinələr aparılsın.
Birinci yoxlanış erkən yazda (mart, aprel ayları) aparılsın. Bu zaman arı ailələri bütünlüklə və ya seçmə olaraq ən qorxulu xəstəliklər sayılan akarapidoza və varroatoza görə yoxlanılsın.
İkinci yoxlanış iyun ayında keçirilsin. Bu yoxlanış arı ailələri Amerika və Avropa çürüməsinə, kisəli sürfə xəstəliyinə və göbələk xəstəliklərinə görə aparılsın.
İyul və avqust aylarında isə arıxana gəzəngi balın olub-olmaması məqsədi ilə yoxlanılsın.

Arıçılıq təsərrüfatına səfərArıçılıq təsərrüfatına səfərArıçılıq təsərrüfatına səfərArıçılıq təsərrüfatına səfərArıçılıq təsərrüfatına səfər