Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.
12 mart 2021-ci il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub. İnforturun məqsədi fermer və sahibkarları hidroponika üsulu ilə yetişdirilən yaşıl yem konteynerinin nümayiş etdirilməsi, bu üsulla hazırlanmış yaşıl yemin heyvandarlıqdakı rolu və sözügedən yaşıl yemin heyvanlar tərəfindən mənimsənilməsi barədə məlumatlandırmaq olub.
İnfoturda Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və kollektivi, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri, respublikamızın müxtəlif regionlarından olan fermer və sahibkarlar iştirak ediblər.
İlk öncə institutun direktoru a.e.f.d., dosent Mahir Hacıyev giriş sözü ilə çıxışa başlayıb. O, bütün iştirakçıları salamlayıb və infotur barədə qısa məlumat verib. Daha sonra Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov çıxış edib. Fərman Kərimov da öz növbəsində bütün iştirakçıları salamlayıb və hidroponika üsulu ilə yaşıl yemin yetişdirilməsi texnologiyasının vacibliyindən, tətbiq sahəsindən və gələcək perspektivlərindən bəhs edib. Sonra Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Yemləmə, yemlər və yem əlavələrinin analizi” laboratoriyasının kiçik elmi işçisi Zahid Tağıyev “Hidroponika üsulu ilə yaşıl yemin yetişdirilməsi” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatdan sonra qonaqların sualları cavablandırılıb, onları maraqlandıran məqamlara aydınlıq gətirilib.
Daha sonra qonaqlarla birlikdə hidroponika üsulu ilə yaşıl yem yetişdirilən konteyner-qurğuya, hazırlanmış yaşıl yemin institutun Yardımçı Təcrübə Təsərrüfatındakı heyvanlara verilməsinə və institutun müasir avadanlıqlarla təchiz olunmuş “Yemləmə, yemlər və yem əlavələrinin analizi” laboratoriyasına baxış keçirilib.
İnfotur KİV (Kəpəz TV, Baku TV, Səs TV) tərəfindən işıqlandırılıb.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub.