
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və “İDRAK Texnoloji Transfer” MMC arasında olan əməkdaşlığa əsasən “İDRAK Texnoloji Transfer” MMC tərəfindən hazırlanıb istifadəyə verilmiş, hidropon üsulu ilə yaşıl yem hazırlayan qurğu-konteyner sınaq məqsədi ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna gətirilib. Hal-hazırda institutun “Yemləmə, yemlər və yem əlavələrinin analizi” laboratoriyasının əməkdaşları tərəfindən konteynerdə sınaq işləri aparılır. Yetişdirilmiş yaşıl yem institutun YTT-da saxlanılan iri və xırdabuynuzlu heyvanlara verilir.








