Baramaçılıqla bağlı növbəti təlim keçirilib.

Baramaçılıqla bağlı növbəti təlim keçirilib.Baramaçılıqla bağlı növbəti təlim keçirilib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin "Barama istehsalının səmərəli təşkili" ilə bağlı 2021-ci il üzrə təlim planına uyğun olaraq 17.02.2021-ci il tarixində "Tut ipəkqurdunun bəslənməsi üçün kümxanaların təlimata uyğun hazırlanması" mövzusunda mütəxəssislər tərəfindən təlim keçirilib. Təlimdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Baramaçılıq" laboratoriyasının müdiri a.e.f.d., dos. Qafar Məmmədov da mövzuya uyğun slayd materialı və məruzə ilə çıxış edib. Təlimdə fermer-kümçüləri maraqlandıran məqamlara aydınlıq gətirilib, onların sualları ətraflı şəkildə cavablandırılıb.