Baramaçılıqla bağlı təlimlər davam edir.

Baramaçılıqla bağlı təlimlər davam edir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin "Barama istehsalının səmərəli təşkili" ilə bağlı 2021-ci il üzrə təlim planına uyğun olaraq 10.02.2021-ci il tarixində "Tut ipəkqurdunun bəslənməsi üçün kümxanaların təlimata uyğun hazırlanması" mövzusunda mütəxəssislər tərəfindən təlim keçirilib. Təlimdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Baramaçılıq" laboratoriyasının müdiri a.e.f.d., dos. Qafar Məmmədov da mövzuya uyğun slayd materialı və məruzə ilə çıxış edib. Təlimdə fermer-kümçüləri maraqlandıran məqamlara aydınlıq gətirilib, onların sualları ətraflı şəkildə cavablandırılıb.

Baramaçılıqla bağlı təlimlər davam edir.Baramaçılıqla bağlı təlimlər davam edir.Baramaçılıqla bağlı təlimlər davam edir.